Əmin Abidin kitabı İstanbulda nəşr edildi - FOTO

Əmin Abidin kitabı İstanbulda nəşr edildi - FOTO
Repressiya qurbanı olan azərbaycanlı şairin kitabı Türkiyədə çap olunub

Azərbaycanın istiqlal şairi Əmin Abid Gültəkinin "Buzlu cəhənnəm” kitabı 70 ildən sonra İstanbulda təkrar nəşr olunub.

Sfera.az-ın məlumatına görə İstanbul Azərbaycan Kültür Evi nəşrlərindən çıxan kitabın tərtibatçısı Dilqəm Əhməd, redaktoru Hikmət Elpdir.

Kitabda Əmin Abidin Məhəmmədəmin Rəsulzadənin İstanbulda nəşr etdiyi "Yeni Kafkasya” jurnalında Gültəkin təxəllüsü ilə yazdığı şeirlər və məqalələr, eləcə də Əmin Abid imzası ilə yazdığı əsərlər yer alıb.

Əmin Abidin 1924-cü ildə Buxarestdən İstanbula Məhəmmədəmin Rəsulzadəyə göndərdiyi poçt açıqcası ilk dəfə olaraq bu kitabda dərc edilib.

Kitab Azərbaycan Cümhuriyyətinin 100-cü, Əmin Abid Gültəkinin anadan olmasının 120-ci ildönümünə ithaf edilib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...