Emil Balayevin klubunda daha bir erməni - FOTO
15:30 / 14.01.2020
1910
Millimizin futbolçusu Emil Balayevin şərəfini qoruduğu "Tobol" klubu heyətinə yeni futbolçu ilə gücləndirib.
Sfera.az xəbər verir ki, Qazaxıstan təmsilçisi Ermənistan yığmasının yarımmüdafiəçisi Petros Avestiyanı heyətinə qatıb. 24 yaşlı futbolçunun son klubu "Ararat-Ermənistan" olub.
Xatırladaq ki, bir müddət əvvəl "Tobol"a erməni Qriqoru Babayan baş məşqçi təyin edilib. Bundan sonra E.Balayevin klubdan ayrılacağı iddia edilir.