Əməliyyat zamanı ölüm hadisəsi fevralda olubmuş - Nazirlikdən açıqlama

Əməliyyat zamanı ölüm hadisəsi fevralda olubmuş - Nazirlikdən açıqlama
Bakıda "Stimul Hospital”da xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişməsi hadisəsi yeni deyil, bu hadisə fevral ayında olub.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, əməliyyat olunan Quliyeva Yeganə Fəxrəddin qızının ölümü fevralın 14-də baş verib.

Meyit üzərində aparılan məhkəmə-tibb ekspertizasının nəticələri Bakı Şəhər Prokurorluğu və Sabuncu rayon prokurorluğuna təqdim edilib.

Müayinə zamanı xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişdiyi təsdiqlənib.

Hazırda istinaq aparılır.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR