Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam vəfat etdi


Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədov vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə rəssam Yusif Mirzə sosial şəbəkədə məlumat verib.

Rəssamın yaxınları da onun uzun müddətdir müalicə aldığını, lakin bu gün dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, İsmayıl Məmmədov 1948-ci il martın 31-də Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülüb.


DİGƏR XƏBƏRLƏR