Əməkdar artistdən ağır sözlər: “Qələt edir…”- Fuad Poladova görə aktyora xəbərdarlıq olub?

Əməkdar artistdən ağır sözlər: “Qələt edir…”- Fuad Poladova görə aktyora xəbərdarlıq olub?
Mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə, "Şah Qacar” tamaşasından sonra təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlamasının qalmaqala səbəb olduğu deyilir. Teatr rəhbərliyinin aktyora xüsusi xəbərdarlıq etməsi bildirilir.

Sfera.az "Yeniçag.az"a istinadən bildirir ki, mərhum aktyoru yad edən əməkdar artist Ayşad Məmmədov olub. "Şah Qacar”da Axund Hacı Babək rolunda çıxış edən aktyor saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirib:

"Fuad Poladov Azərpaşa Nemətovla yaxın dost olub, o necə buna etiraz edə bilərdi? Yalan söhbətdir. Bunu deyən qələt edir. Mən tamaşadan sonra Fuad Poladovun xatirəsini bir dəqiqə sükutla yad edilməsini xahiş etdim. Hər kəs də onun xatirəsinə hörmətlə yanaşdı”.

Qacar rolunda çıxış edən Akademik Milli Dram Teatrının aktyoru Abbas Qəhrəmanov da saytımıza açıqlamasında bunu təkzib edib:

"Heç bir etirazın şahidi olmadım. Ayşad Məmmədov təklif etdi, hər kəs hörmətlə yanaşdı”.

Qeyd edək ki, xəbəri Kulis.az yayıb.

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...