Əməkdar artist xəstəxanaya yerləşdirildi - Təcili

Əməkdar artist xəstəxanaya yerləşdirildi - Təcili
"Əməkdar artist Naibə Allahverdiyeva ötən gecə gərgin vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin müayinəsi aparılıb, tibbi baxımdan heç bir problem yoxdur. Problem yalnız əsəbləri ilə bağlıdır”

Sfera.az xəbər verir ki, bu sözləri publika.az-a Bakı Sağlamlıq Mərkəzinin nevrologiya şöbəsinin müdiri Şöhrət Talıbov deyib.

O bildirib ki, əməkdar artist çox sarsıntı keçirib, əsəbləri gərgindir:
"Həkimlərimiz onu müayinə edib. Təzyiqi normaldır, şəkəri yoxdur, insult əlamətləri müşahidə edilmir. Sadəcə psixo-emosional gərginliyi çoxdur. Xəstəxanaya yerləşdiriləndə əsəbdən titrəyirdi, ancaq ona lazımı yardım göstərilib indi vəziyyəti normaldır. Özünü yaxşı hiss edənə qədər xəstəxanada qalacaq, biz də əlimizdən gələn köməkliyi edəcəyik. Lakin hazırkı durumda onun daha çox mənəvi dəstəyə ehtiyacı var. Naibə xanımın problem sağlamlıqla bağlı deyil, şəxsi məsələlərdir, ona görə də yaxınlarının yanında olmasına ehtiyacı var”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR