Əməkdar artist sabah dəfn olunacaq
16:55 / 04.07.2017
1186
Əməkdar artist, mərhum aktyor Telman Əliyev sabah dəfn olunacaq.
Sfera.az xəbər verir ki, bu barədə Aznyus.az-a mərhumun ailəsindən məlumat verilib. Aktyorla vida mərasimi Biləcəridə, yaşadığı evində keçiriləcək.
Aktyor Xırdalan qəbiristanlığında dəfn olunacaq.
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Telman Əliyev səhər saatlarında qəflətən dünyasını dəyişib. Həkimlər mərhumun ölümünü ürək çatışmazlığı ilə əlaqələndirib.
Sfera.az