Əməkdar artist: Müğənniləri parodiya etdikcə, onların səviyyəsi daha da aşağı düşür

Əməkdar artist: Müğənniləri parodiya etdikcə, onların səviyyəsi daha da aşağı düşür

"Bu Şəhərdə production” və Bakı Media Mərkəzi birlikdə "Şabaş” filminin premyerasını bu dəfə Qarabağ əlilləri üçün keçirib. Bu səbəblə 250 Qarabağ müharibəsi veteranı "CinemaPlus” kinoteatr şəbəkəsinə dəvət olunub.

"Bu Şəhərdə production”un ssenaristi Müşfiq Abbasov lentə alacaqları digər ekran işlərində də bu addımın davam etdiriləcəyini bildirdi:

"Biz hər zaman konsertlərimizdə vətən uğrunda vuruşan Qarabağ qazilərimizə xüsusi dəyər vermişik. Bu dəfə də "Şabaş” adlı yeni filmimizdə bu ənənəmizdən geri qalmaq istəmədik”.

Layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyilə reallaşıb.

Tədbirdə iştirak edən "Bu Şəhərdə” kollektivinin sevilən simaları, Əməkdar artistlər - Rafael İsgəndərov və Coşqun Rəhimov Oxu.Az-ın əməkdaşı ilə söhbətində "Şabaş”ın uğurundan danışıb, filmlə bağlı etdikləri eksperimentdən bəhs ediblər:

 

Rafael İsgəndərov: "Ümumilikdə götürəndə film alınıb. Biz bir neçə gün öncə Müşfiqlə bir eksperiment etdik. Gecə seans başlayanda, işıqlar sönəndən sonra gizlincə getdik oturduq zalda. Özü də ən arxa sırada əyləşdik. Heç kim bizi görmədi. Film başladı, tamaşaçılarla bərabər bir daha izlədik. Tamaşaçıların reaksiyasına da baxdıq. Zalın 80 faizini qadınlar təşkil edirdi. Yaxşı gülüş var idi. İstədiyimizi 90-95 faiz əldə etdik. İşimizdən də razıyıq”.

"Bir çox həmkarlarınız film və tamaşalarda izləyicilərin üzünü güldürmək üçün söyüş və təhqirlərdən istifadə edirlər. Bu mənada, sizdə vəziyyət necədir?” sualına Coşqun Rəhimov bu cür münasibət bildirdi:

"Komediya yanaşmadan asılıdır. Bir var sözü oynadırsan, bir də var hadisə yaşanır, sən komik vəziyyətə düşürsən. Mənə elə gəlir ki, o, filmə daha yaxın olan situasiya və vəziyyətdir. Söyüşsüz və təhqirsiz də bir-birini alçaltmadan komediya çəkmək mümkündür. Biz belə şeylərdən uzağıq. Söyüşü kişi də, qadın da, uşaq da bilir. Amma müəyyən yerlər var ki, biz orada söyüşsüz zarafatlar da edirik, çox gözəl də səslənir. Bizim filmdə qurşaqdan aşağı zarafatlar yoxdur. Ailə oturub rahatlıqla bu filmi izləyə bilər”.

C.Rəhimov həmkar kollektivlərdən filmlə bağlı gələn təklifləri geri çevirdiklərini söylədi:

"Ötən illərdən fərqli olaraq, digər "production”larla bir araya gələ bilmirik. Çünki özümüzün işlərimiz həddən artıq çoxdur. Bizə digər həmkar kollektivlərdən təkliflər gəlir, amma bizim öz plan və layihələrimiz var. Biz onları hazırda həyata keçirtmək istəyirik. Onlar üzərində qızğın işlər gedir. Həmkarlarımıza da işlərində uğurlar arzu edirik.

Əməkdaşımızın "Konsertlərinizdə incəsənət nümayəndələrin parodiyası izləyicilər tərəfindən xoş qarşılansa da, bunu sənətçilərə aid etmək olmur. Onlar inciyib, küsürlər” fikirlərinə Coşqun sərt reaksiya verdi:

"Onları parodiya etmək çox çətindir. Biz parodiya etdikcə müğənnilərin səviyyəsi daha da aşağı düşür. Müğənnilərin çoxusu nədənsə qıcıqlanır. Bu sənətlə məşqul olan insanlar bir az savada, düşüncəyə, həyat tərzinə, tamaşaçılarına hörmətlə yanaşsınlar. Efirdə danışıq və davranışlarına diqqət yetirsinlər. Bu konsertimizdə də parodiyalar olacaq. Parodiya bizim sənətimiz deyil, müraciət olunursa, biz edirik”.

"Müğənni Xatun Əliyeva da həmkarlarını parodiya edərək, özünə düşmən qazanır” replikasına Coşqun "Xatun parodiyanı yaxşı etdiyi üçün, düşmən qazanır” sözlərini gülə-gülə əlavə edib, onun bacarıqlı, istedadlı və ən əsası yaxşı dost olduğunu dilə gətirdi.

Müsahibənin sonunda Rafael İsgəndərov yaxın aylarda "Bu şəhərdə”nin görəcəyi layihələrdən danışdı:

"Yol üstündəyik. Ukraynanın Xarkov şəhərinə gedirik. İki gün orada konsertimiz olacaq. Oradan Yekaterinburqa gedəcəyik. Daha sonra isə Naxçıvanda konsertimiz olacaq. Yanvar ayında yalnız dincələcəyik. Amma fevralda Coşqunla başlayırıq mart konsertlərimizə. Martın 4, 5, 6, 7, 8-də Bakıda ənənəvi konsertlərimiz olacaq.

O ərəfədə isə Müşfiq may ayında çəkiləcək yeni filmimizin işləri ilə məşğul olacaq. Sizin sayt vasitəsi ilə tamaşaçılarımıza daha bir anons vermək istəyirik. Bir yazara, ssenaristə müraciət etdik. O da bizim təklifimizi qəbul etdi. İş birliyimiz 20-25 ilə bağlanır. Onun əsərlərini də hamı bilir. Növbəti filmlərdən biri də onun yazıb, ərsəyə gətirdiyi əsər üzərində çəkiləcək”. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər AÇIQLANDI

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərindən sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.   Sfera.az xəbər verir ki,...

“Bu layihə Azərbaycan üçün çox faydalı olacaq” - Deputat 

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələri...

Aprelin 21-də 46 mindən çox şagird buraxılış imtahanı verəcək

Aprelin 21-də Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy,...

Tatarıstanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa DƏVƏT OLUNDU

Rusiyanın Tatarıstan bölgəsinin iş adamları Azərbaycanın sənaye zonalarında yaradılmış biznes imkanlarından yararlanmağa dəvət edilib.   Sfera.az&nbs...

Paşinyandan Əskipara sakinlərinə: "Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada..."

“Biz istəyirik ki, Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxınlığı sakinləri narahat etməsin”.   Sfera.az bildirir ki, bunu Ermənis...

Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qurumları ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qur...