Əməkdar artist Acun Ilıcalını biabır etdi: Məndən 650 dollar pul istəyir...

Əməkdar artist Acun Ilıcalını biabır etdi: Məndən 650 dollar pul istəyir...
Türkiyədə aparıcı Acun Ilıcalının rəhbərlik etdiyi TV8 televiziya kanalından Azərbaycanın əməkdar artisti Nigar Şabanovaya təklif gəlib.

Sfera.az big.az-a istinadən xəbər verir ki, bu günə kimi müxtəlif xarici ölkələrdə Azərbaycanı təmsil edən, hər dəfə də birincilik qazanan xanəndədən reportaj hazırlanması qarşılığında ödəniş tələb olunması onu özündən çıxarıb. Bu haqda N.Şabanova özü məlumat verib. O, müsahibəyə görə pul istənilməsini gülünc hesab edib:

"Bu gün səhər Acun bəyin "TV8" kanalından köməkçimə zəng vurublar, şəxsən danışmaq istədiklərini bildiriblər. Və danışdıq, təklif çox gülməli idi, utandım: "Nigar xanım, ayın 19-dan sonra Azərbaycana gələcəyik, sizdən reportaj almaq istəyirik bir amması var. 650 dollar ödəniş olmalıdır. Mən hələ bu günə qədər mənə xeyir verən, məni yüksəklərə qaldıran televiziyalarımıza bir qəpik pul verməmişəm. Halbuki gəlirimi vətənimdə qazanıram.
N.Şabanova türk kanallarının azərbaycanlı ifaçılardan reportaj hazırlamaq üçün pul istəməsində müğənnilərimizi günahlandırıb. O hesab edir ki, azərbaycanlı müğənnilər Türkiyədə heç kimə lazım deyil:

"Biz bəyəm kanallarımıza türk müğənniləri dəvət edəndə onlardan pul istəyirik? Buna səbəb müğənnilərimizdir, çünki Türkiyə kanallarına yalvarıb pul verib çıxırsınız, etməyin. Siz orada heç kimə lazıım deyilsiniz. Azərbaycan musiqisi qızıldır, məgər qızılı satanda üstündə pul da verirsiniz ki, qızılı alın? Azərbaycan musiqisi səslənəndə bütün dünya baş əyməlidir!".
Milli.Az
 

OXŞAR XƏBƏRLƏR

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...