Əmək haqqı kartlarınızı “Günay Bank”-dan əldə edin

Əmək haqqı kartlarınızı “Günay Bank”-dan əldə edin

"Günay Bank” əmək haqqı kartı bazarında aktiv iştirak edir. Biz, "Günay Bank” olaraq, ödəniş kartları vasitəsilə Sizin şirkətinizə əmək haqqı layihəsinin həyata keçirilməsini təklif edirik.

 

Bir sıra şirkətlər artıq öz işçilərinin əmək haqlarını "Günay Bank”ın kartları vasitəsilə ödəyir. Əmək haqqı layihələri çərçivəsində "Günay Bank” "Maestro” və"MasterCard Standard Debit” kartları emissiya edir.

 

Bununla yanaşı, həmin şirkətlərin işçilərinə "ovedraft” funksionallığı da təklif edilə bilər. Bu barədə daha ətraflı məlumatı müvafiq menyuda əldə edə bilərsiniz.

 

Şirkətlər üçün əmək haqqı kart layihəsi hansı üstünlükləri verir?

 

İşçilərə nağd şəkildə əmək haqlarının verilməsi ilə bağlı əlavə xərclər (inkassasiya, kassa əməliyyatları və s.) aradan qaldırılır;

Ölkənin digər regionlarında filial və ya şöbələrə malik olan şirkətlərə mərkəzləşmiş qaydada əmək haqqı kartlarına vəsaitlərin mədaxil edilməsi sxemləri təklif edilə bilər;

Şirkət yalnız bir vahid məbləği "Günay Bank”a köçürür və işçilərin siyahısını əmək haqqı fondu göstərilməklə təqdim edir;

İşçilərin nağd şəkildə əmək haqqının alınması zamanı vaxt itkisi aradan qaldırılır;

Hətta öz evində oturaraq əmək haqqının alınması imkanı;

Müvafiq ərizələrin qəbulu və kartların paylanması "Günay Bank”ın əməkdaşları tərəfindən Sizin şirkətinizdə həyata keçirilə bilər;

İşçilərinizin rahatlığı üçün şirkətinizin ərazisində ayrıca bankomatın quraşdırılması məsələsinə "Günay Bank” tərəfindən baxıla bilər;

"Günay Bank” əmək haqqı kartlarının təqdim edilməsi və xidmət olunması üzrə ölkədə ən aşağı tariflər təklif edir;

Əmək haqlarının plastik kartlarla ödənilməsi şirkəti yeni səviyyəyə qaldırır və beynəlxalq standartlara yaxınlaşdırır.

 

Şirkətin işçiləri üçün imkanlar:

 

"Günay Bank”ın və "Millikart” MMC-nin prosessinq təşkilatında xidmət olunan digər bankların bankomatlarında əlavə komissiya haqqı tutulmadan nağd vəsaitin çıxarılması;

Bütün ticarət, ictimai iaşə və ya xidmət obyektlərində mal və ya xidmətlərin alınması zamanı əlavə komissiya haqqı ödəmədən nağdsız ödənişlərin edilməsi;

Plastik kartlarla bağlı əlavə xidmətlərdən faydalanmaq;

"SMS-banking” xidmətindən istifadə edərək əmək haqqı kartı vasitəsilə aparılan əməliyyatlar barədə dərhal məlumatın alınması;

Kart hesabı əlavə vəsaitin mədaxil edilməsilə möhkəmləndirilə bilər. Bank tərəfindən əlavə komissiya haqqı tutula bilər;

"3D Secure” xidmətindən istifadə edərək təhlükəsiz şəkildə internet şəbəkəsində nağdsız əməliyyatların aparılması;

Əmək haqqı kartı beynəlxalq kart sayılır və dünyanın istənilən ölkəsində, istənilən valyutada məkandan və zamandan asılı olmayaraq müxtəlif əməliyyatların aparılması mümkündür.

 

Əmək haqqı kartlarının açılması məqsədilə şirkətiniz "Günay Bank”ın istənilən filial və ya şöbəsinə müraciət edə bilər.

 

"Günay Bank” ASC tərəfindən veriləcək ödəniş kartlarının növü: Maestro Card, MasterCard Standard, MasterCard Gold. Ödəniş kartları ilə nağd pulun çəkilməsi aşağıda qeyd olunan bankların bankomatlarından 0% komissiya ilə həyata keçiriləcək;

 

"Günay Bank” ASC

"UniBank” ASC

"Bank of Baku” ASC

"Azərbaycan Sənaye Bankı” ASC

"Ekspress Bank” ASC

"Access Bank” ASC

"Naxçıvan Bank” ASC

"Azərpoçt” MMC

 


OXŞAR XƏBƏRLƏR