"Çelsi" ilə oyundan əvvəl "Qarabağ"da - Şok itki

"Qarabağ" "Çelsi" ilə oyuna tam heyətlə çıxa bilməyəcək.

Baş məşqçi iki futbolçunun xidmətindən məhrum olub.

Belə ki, Albaniya millisinin düşərgəsindən zədəli dönən Ansi Aqollinin bərpa prosesi 8 gün çəkəcək. Bu səbəbdən o, "Çelsi" matçını buraxacaq.

Dani Kintananın müalicəsi davam edir. Uzun müddətə sıradan çıxan ispan futbolçu hələ bir müddət istirahət etməli olacaq. (fanat.az)

Sfera.az

DİGƏR XƏBƏRLƏR