Elşad Miri \"Sevgililər günü\" haqda: \"Sürü psixologiyası ilə hərəkət edirlər\"
11:10 / 14.02.2018
1653
Bildiyimiz kimi bu gün bütün dünyada "Müqəddəs Valentin günü", yəni "Sevgililər günü" kimi qeyd edilir. Keşiş Valentinin homoseksual olduğu ilə bağlı fərziyyələri və bu günün də onun eşq macəraları ilə əlaqələndirilməsini nəzərə alsaq, "Sevgililər günü"nün müsəlman ölkələrində qeyd edilməsinin nə qədər doğru olduğu sualı meydana çıxır.
Sfera.az-ın əməkdaşı bununla bağlı tanınmış ilahiyyatçı Elşad Miridən fikirlərini öyrənib.
İlahiyyatçı, bu günün qeyd edilməsini sürü psixologiyası ilə əlaqələndirib: "Bu mövzuya hər kəsin özünün şəxsi yanaşması var. Yəni, Valentin gününün tarixini bilməsinə baxmayaraq, bir insan bunu qeyd edirsə, deməli, kütlə psixologiyası ilə hərəkət edir. Və ya kapitalizmin insanların beyninə yeritdiyi fikirlərlə məsələyə yanaşır. Bu günü qeyd edənə "qeyd etmə!" deyə bilmərik. Bunun dini bir tərəfi yoxdur. Sadəcə insanlar qeyd etdikləri günlərin mahiyyətini, kökünü bilsələr, onlar üçün daha yaxşı olar”.
Nihat HÜSEYNZADƏ