Elon Musk Marsa gediş biletinin qiymətini açıqladı

Elon Musk Marsa gediş biletinin qiymətini açıqladı

Elon Musk şəxsi "Twitter” hesabından paylaşdığı cavabda Marsa gediş biletinin qiyməti haqqında bəzi məlumatlar verib.


Sfera.aztürk mediasına istinadən xəbər verir ki, Elon Musk və "Space X” insanları Marsa aparacaq "Starship” raketi hazırlayaraq gələcəkdəki Mars layihəsi haqqında bəzi məlumatları verməyə də davam edirlər. Bu mövzuda Elon Muska çoxlu sayda suallar gəlir və o sualların demək olar ki, heç birini cavabsız qoymur.

 

Belə ki, tvitter istifadəçisi Elan Muska Marsa getməyin neçəyə başa gələcəyi haqda sual verib. Musk isə Marsa səfərin 500 min dollar olacağını bildirib. Həmçinin o, vaxt keçdikcə bu qiymətin 100 min dollara qədər düşəcəyini və insanların evlərini sataraq Marsa getmək istəyəcəklərini vurğulayıb.

 

Marsa getdikdən sonra oranı bəyənməyənlərin dönüş biletinin pulsuz olacağını deyən Musk özünün orda yaşamaq ehtimalının 70 faiz olduğunu bildirib.

 

Qeyd edək ki, "Space X” insanları Marsa aparmağı qarşısına məqsəd qoyan "Starship” gəmisi hazırlayır. Şirkətin məqsədi insanları bu hava gəmisi ilə əvvəlcə Aya aparmaq olacaq. Aya səfər uğurlu alınarsa, "Starship” insanları Marsa aparmaq üzərində işlərə başlayacaq.



 

Firuzə Alimova / Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...