\"Elnurə oğlumun hər şeyini əlindən alıb\" - Mədətovun anası danışdı

\
Prodüser Anar Mədətovun anası Mahirə Mədətova oğlu ilə gəlini Elnurə Mədətovanın boşanma qalmaqalına münasibət bildirib.

Sfera.az xəbər verir ki, "Səni axtarıram” verilişinə gələn M.Mədətova məşhur cütlüyün çoxdan ayrıldığını bildirib:

"Bunlar 22 ildir evləniblər. 20 ildir mən oğlumun evinə getmirəm. Hər gedəndə mənim adımdan elə söz çıxırdı ki, özüm özümü döyürdüm. Anarın başqa qızla xınayaxdısı ona görə oldu  ki, bunlar 10 ildir ayrı yaşayırlar”.

Mahirə Mədətova Elnurənin oğlundan pul mənbəyi kimi istifadə etdiyini deyib:

"Xanımın ailəsinin nə qədər borcu olar? Hamısını yıxırdılar Anarın boynuna. Anar qazanır, gətirir, onun qardaşlarının uşaqlarını böyüdür, ərə verir... Maşını 60 minə satır, səhər gəlir görür pul yoxdur. Elnurə rayondan gəlib Bakıda villası, Türkiyədə evi, maşını var. Mənim oğlumun qazancını niyə kimsə yeməlidir? Anar evi, maşını – hər şeyi onlara qoyub çıxıb o evdən. Bu insan nəfəs almaq istəyir”.

Anarın boşanmadan xınayaxdı etməsinə isə anası belə aydınlıq gətirib:

"Qız evi dedi ki, babamız ağır xəstədir. Siz toy edəcəksinizmi? Mən dedim, heç vaxt. Mənim boyum boyda nəvələrim var. Onlar məni saysalar da, saymasalar da, baş tacımdır. Mahiri yaş yarımından mən böyütmüşəm. Çox saf, tərbiyəli, yaxşı uşaqdır. Anar onları uşaq vaxtı atsaydı deyərdiz ac qoydu. İndi bu adam istəyir ki, onun qabağına bir nəfər çay qoysun”.
"Qafqazinfo” 

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...