Elnur Kərimovun evi qarət edildi

Elnur Kərimovun evi qarət edildi

Bakıda tanınmış aktyorun evindən oğurluq olub.

Hadisə Suraxanı rayonu ərazisində baş verib.

Qaraçuxur qəsəbəsi, 40/42/48/60 məhəllə, ev 4, mənzil 92-də yaşayan Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun evindən oğurluq edilib.

Aktyorun verdiyi məlumata görə, sentyabrın 8-də qardaşının evlənəcəyi xanımın qız toyu olub. Ailə toya gedib və evdə heç kim qalmayıb. Ailə üzvləri evə sentyabrın 9-u saat 00.15-də qayıdıb və oğurluq edildiyinin şahidi olub. Elnur Kərimov bildirib ki, qardaşının toyu üçün saxladıqları 2000 manat pul və külli miqdarda qızıl-zinət əşyaları aparılıb.

Hazırda hadisə yerində Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları müayinələr aparır, mənzildən əl-barmaq izləri götürülür. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlanılıb. (apa)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...