Gündəm

Elnur Aslanov Ukraynada zavod alıb

Elnur Aslanov Ukraynada zavod alıb
Prezident Administrasiyasının eks şöbə müdiri, sabiq deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Ukraynada şəkər zavodu alıb. "AzPolitika.info”ya daxil olan məlumata görə, bu zavod Aslanovun Ukraynadakı çoxşaxəli biznesinin yalnız bir həlqəsidir. 

Elnur Aslanov iqtidarda təmsil olunduğu dövrdə yüksək iddialarına, gizli işlər çevirdiyinə görə siyasi hakimiyyətin qəzəbinə tuş gələrək, komandadan qovulan məmurlardandır.

Belə ki, 2007-ci ildə Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilən Elnur Aslanov bir müddət sonra öz komandasını yaratmağa başladı. O zaman "gülənçilər”, "nurçular” adlandırılan, Türkiyədəki çevriliş cəhdlərindən (2012-ci ildən başlayaraq-red.) sonra FETO terror təşkilatı kimi tanınan qrupdan maddı və siyasi dəstək aldığı iddia edilən Elnur Aslanov, bunun sayəsində "İrəli” Gənclər Hərəkatının və YAP-dakı gənclərin liderinə çevrilmişdi. Bəzi mənbələr tərəfindən FETÖ-nun "Azərbaycan imamı” adlandırılan Elnur Aslanov Gülən şəbəkəsinin Azərbaycanda hakimiyyəti ələ keçirmək planının tərkib hisəsi sayılırdı. Bu məqsədlə bir zamanlar FETO-nun bütün qüvvəsini səfərbər etdiyi, müxtəlif planlar, oyunlar qurduğu da sirr deyil.

Məsələn, E.Aslanovun anası, sabiq deputat Rəbiyyət Aslanovanın iş adamı, professor, Rusiya prezidenti Putinin dostu İlham Rəhimovla nikaha girməsi də bu planın tərkib hissəsi sayılırdı. Cəmi 6 ay çəkən bu nikahın "nikah diplomatiyası”na xüsusi əhəmiyyət verən Gülən şəbəkəsinin istəyilə baş tutduğu bildirilirdi. Hətta iddialara görə, məhz Gülənin tövsiyəsi ilə E.Aslanov anası Rəbiyyət Aslanovanın İlham Rəhimovla nikaha girməsini təşkil etmiş, anasının toyunda qol götürüb oynamışdı. Gülənin həmin nikahda məqsədi İlham Rəhimov vasitəsilə rəsmi Moskva ilə körpü yaratmaq və yaxın ətrafında "Azərbaycanın gələcək dövlət başçısı” adlandırdığı E.Aslanovu Rusiya Prezidentinə təqdim etmək idi.

Təsadüfi deyil ki, evləndikdən az sonra xanım Aslanovanın İlham Rəhimovdan onu və oğlunu Putinlə tanış etməyi israrla xahiş etdiyi haqda məlumatlar var idi. Həmin vaxt "AzPolitika”ya daxil olan məlumatda bildirilirdi: "Ümumi tədbirlərin birində cənab Rəhimov yeni həyat yoldaşını ayaqüstü Putinə təqdim edib. Ancaq xanım Aslanova belə ayaqüstü təqdimatdan razı qalmayıb, çünki daha yaxın tanışlıq üçün "ailəvi bir görüş” arzusunda idi. Lakin evli olduqları qısa müdətdə – 6 ayda Rəhimov Rəbiyyət xanımın bu istəyini reallaşdıra bilməyib, ya da istəməyib…”

Türkiyədə FETO-nun əsl məqsədi ortaya çıxdıqdan sonra isə təşkilatın Azərbaycandakı şəbəkəsinin də sıradan çıxarılmasına başlanıldı. Bu istiqamətdə atılan ilk addımlardan biri də məhz Aslanovun Prezident Administrasiyasındakı vəzifəsindən azad edilməsi oldu.

Düzdür, arxasındakı güclər E.Aslanovun tam sıradan çıxarılmasına imkan vermədilər. O, Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunsa da, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə rəisi vəzifəsinə təyin olundu.

Ancaq 2 il əvvəl E.Aslanov həmin vəzifəsindən də istefa verərək, Azərbaycanı tərk etdi. Mümkündür ki, 2016-cı ildə FETO-nun Türkiyədəki qanlı çevriliş cəhdindən sonra ya E.Aslanovun vəzifədə qalması münasib görünməyib, ya da onun özü Bakıda problemlərlə qarşılaşa biləcəyini düşünərək Azərbaycandan getməyə qərar verib. Bəlkə də, 2015-ci il parlament seçkilərində anası Rəbiyyət Aslanovanın da üstündən xətt çəkilməsi E.Aslanov üçün bir xəbərdarlıq olub.

Səbəb hər nə olsa da, artıq 2 ildir ki, Elnur Aslanov Azərbaycandan kənarda yaşayır. Böyük maliyyə imkanları olan Aslanovun Ukraynada da FETO ilə əlaqələrini kəsmədiyi iddia edilir. Ötən il onun Ukraynanın Lvov şəhərində bir qrup azərbaycanlı və türkiyəli iş adamlarının toplantısını keçirdiyinə dair məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, toplantı iştirakçıları əsasən Türkiyədə və Azərbaycanda Gülən şəbəkəsiylə -FETO ilə əməkdaşlıqda ittiham olunan və bu səbəbdən mühacirət edən şəxslər olub.

Ən maraqlısı odur ki, Elnur Aslanovun tez-yez Ukraynadakı Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə də göründüyü bildirilir. (AzPolitika.info)
 
Sfera.az
AdRiver
loading...

XƏBƏR LENTİ