Elnur Allahverdiyevin namizədliyi təsdiqləndi

Elnur Allahverdiyevin namizədliyi təsdiqləndi
 

Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərdən daha birinin-Elnur Marat oğlu Allahverdiyevin də namizədliyi qeydə alınıb.

Sfera.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

Qeyd edib ki, namizədliyi 17 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

O, namizədliyinin qeydə alınması ilə bağlı bunları qeyd edib:

"17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyim qeydə alındı. İmzatoplama kampaniyasında dəstəyini əsirgəməyən, etimad göstərən, imza atan hər kəsə dərin minnətdarlığımı bildirirəm. İmzatoplama kampaniyası həm də seçicilərlə namizəd kimi ilk ünsiyyət imkanı idi. Vətəndaşlarla təmasda olmaq, onların düşüncələrini, istəklərini öyrənmək, gözləntilərini bilmək olduqca maraqlıdır. Biz bu yola məhz insanların ümidlərini doğrultmaq, gözləntilərini reallığa çevirmək üçün çıxdıq. Bir daha əziyyəti keçən hər kəsə təşəkkür edirəm!”.

Qeyd edək ki, E. Allhaverdiyev hazırda Heydər Əliyev Mərkəzinin direktorunun  müşavirdir.

Onun namizədliyi son vaxtlara 17 saylı Yasamal üçüncü seçki dairəsindən millət vəkili olan və hazırda Yasamal  rayon İcra Hakimiyyətinin başçısı işləyən Elşad Həsənovun dairəsindən verilib.

Xatırladaq ki, E. Allahverdiyev əslən zərdablı olan  sabiq deputat, mədəniyyət nazirinin eks müavini, keçmiş Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının  sabiq sədri Marat Allahverdiyevin oğludur. (etikxeber.az)



OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...