Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib - Fotolar

Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib - Fotolar
 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib.

Sfera.az xəbər verir ki,  sosial məsafənin qorunması və Nazirlər Kabineti yanında Operativ Qarargahın təlimat və tövsiyyələrinin nəzərə alınması ilə keçirilən qəbul Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının binasında baş tutub. Deputat seçiciləri fərdi qaydada dinləyib, onların qaldırdıqları məsələlərlə maraqlanıb. 

Covid-19 pandemiyası ilə əlaqədar seçicilərlə görüşün intensivliyi və kütləviliyinin məqsədəuyğun olmadığını nəzərə alaraq dairə sakinləri ilə ünsiyyət videobağlantı və fərdi qaydada davam etdirilir. Seçiciləri maraqlandıran problemlər sırasında  hüquqi yardım, mənzil təminatı, sosial müavinətlərin alınması, məşğulluq məsələləri çoxluq təşkil edib. E.Allahverdiyev dairə sakinlərinin qaldırdıqları problemlərlə yaxından maraqlanacağını və həllinə nail olmağa çalışacağını bildirib. 

Qeyd edək ki, may ayında E.Allahverdiyevə seçiciləri tərəfindən 456 müraciət daxil olub, bunlardan 452-i həllini tapıb, 3-ü deputat sorğusu ilə icra orqanlarına yönəldilib, biri isə əsassız hesab olunub. Ümumiyyətlə, son 3 ayda millət vəkili və komandasının üzvləri 1815 ailədə olublar.

OXŞAR XƏBƏRLƏR

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...