Elnur Allahverdiyev Qarabağ qazilərinin qonağı oldu - FOTO

Elnur Allahverdiyev Qarabağ qazilərinin qonağı oldu - FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev seçiciləri ilə görüşlərini davam etdirir.

Bununla bağlı E.Allahverdiyev "Facebook” səhifəsində paylaşım edib.

Deputatlığa namizəd bu dəfə Qarabağ qazilərinin qonağı olub. E.Allahverdiyev Qarabağ qazisi, Aprel döyüşlərinin iştirakçısı Rasim Məmmədovla görüşüb.
 
O, R.Məmmədovun döyüşlər vaxtı yaxınlığında mərmi partladığını, üç ay hərbi hospitalda müalicə aldığını bildirib. E.Allahverdiyev qeyd edib ki, Rasim Məmmədov 17 saylı Yasamal üçüncü seçki dairəsindən Aprel döyüşlərinin qazisi olan yeganə seçicisidir. 

R.Məmmədov deputatlığa namizədə görüşə görə təşəkkür edib. O deyib ki, vətən qarşısında borcunu tam yerinə yetirməyib və Ali Baş Komandanın torpaqlarımızın azad edilməsi üçün əmrini gözləyir.

E.Allahverdiyev Qarabağ qazisini Gənclər günü münasibətilə təbrik edib və onunla fəxr etdiyini bildirib.

Daha sonra deputatlığa namizəd Qarabağ müharibəsinin iştirakçısı Cəvahirat Abdullayevanın qonağı olub. C.Abdullayeva E.Allahverdiyevə keçdiyi döyüş yolundan danışıb və müharibənin ağır şəraitindən bəhs edib. 
 
E.Allahverdiyev C.Abdullayeva ilə görüşdən sonra sosial şəbəkədə fikirlərini bölüşüb:

"Cəvahirat xanım torpaqlarımız uğrunda gedən döyüşlərin hər anının canlı şahididir. Sevincli günlərin də, ağrı-acıların da. Qadın olsa da, döyüşlərdə ən məsuliyyətli və təhlükəli işlərin öhdəsindən bacarıqla gəlib. Təsəvvür edirsiniz? Bu zərif, mehriban, gülərüz Azərbaycan xanımı snayper olub! Cəvahirat xanıma həsr olunmuş kitab bu sözlərlə başlayır: Həcər qeyrətli, Tomris dəyanətli el qızımız...”
 


OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...