Elnarə "Lider"dən getdi (SƏBƏB)

Elnarə
 Müğənni Elnarə Xəlilova "Lider” telekanalındakı "Xeyirli axşamlar” verilişindən ayrılıb.
Sfera.az lent.az-a istinadən xəbər verir ki, müğənninin kanaldan ayrılmasına səbəb proqramın rəhbərliyi ilə yola getməməyi olub.

Bildirilir ki, müğənnidən verilişində dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb olunub. O isə buna etiraz edib və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə veriliş rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni Lider TV-dən ayrılıb.

E.Xəlilovanın prodüseri isə müğənninin kanaldan ayrıldığı təsdiqləsə də, bunun səbəbləri barədə danışmaq istəməyib:

"Bəli, Elnarə xanım "Xeyirli axşamlar” verilişindən gedib. Niyə gedib? Bu barədə açıqlama vermək istəmirik”.

Onu da əlavə edək ki, həftə içi 5 gün yayımlanan "Xeyirli axşamlar” verilişini bu axşam E.Xəlilovanın əvəzinə müğənni Nazənin aparacaq.

Qeyd edək ki, Elnarə "Lider”dən öncə "Space"də aparıcılıq edirdi.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...