Gündəm

Elmira Süleymanova xaricə getdi - səhhətindəki problemə görə...

Elmira Süleymanova xaricə getdi - səhhətindəki problemə görə...

 

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova məzuniyyətə gedib.

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, o, Milli Məclis Ombudsmanın 2018-ci il üzrə illik məruzəsini qəbul etdikdən sonra xarici ölkələrdən birinə məzuniyyətə yollanıb.

 

Onun hansı xarici ölkəyə getdiyi məlum deyil.

 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl açıqlamasında Elmira Süleymanova sağlamlığında müəyyən problemlərin olduğunu deyib.

 

Xatırladaq ki, sonuncu dəfə 2010-cu il martın 5-də müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə - 2002-ci il və 2010-ci ildə İnsan hüquqları üzrə müvəkkili seçilib.


XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031