Elmir Tarverdiyev: İdman mənim başlıca həyatımdır.

Elmir Tarverdiyev: İdman mənim başlıca həyatımdır.
 Bu gün ki, həmsöhbətimiz dəfələrlə dünya və Avropa çempionu Elmir Tarverdiyevdir .
 
Elmir İlk olaraq səni daha yaxından tanıyaq
Özüm haqqında danışmağı sevməsəmdə istərdim kütlə üçün məlumat verim . Mən Tarverdiyev Elmir Məhəmməd oğlu 1983-cü ilin iyulun 9-un da Qubadlı rayonunda anadan olmuşam və 1992-ci ildən Bakı şəhərində yaşayıram. Uşaq yaşlarından idmana həvəsim olub, idmanı sevmişəm bele deyək. Məhz 2003-cü ilin aprelində hərbi xidmətdən gələndən sonra idmana başladım və 2003-cü ilin sentyabrın ayının 10-undan Ağır Atletikanın "Pauerliftinq” idman növüylə məşğul olmağa başlamışam. (Azərbaycan Pauerliftinq” Federasiyası)

İlk müəllimim İlqar İbişov olub, 8 ay sonra Şəmsi müəllim sayəsində bu idmanı davam etdirmişəm. O gündən bu tarixə qədər Şəmsi müəllimin üstümdə çox əziyyəti var və hal-hazırda axırıncı dünya və Avropa rekordları mənə məxsusdur.

2009-cu ilin dekabrında Gənclər və İdman nazirliyi tərəfindən Pauerliftinq” üzrə idman ustası almışam.

Düz 14 ildir ki, 60kq çəki dərəcəsində müxtəlif yarışların qalibi olmuşam.

17 qat Bakı çempionu

19 qat Azərbaycan çempionu

6 qat Avropa çempionu ( 2011-Soçi, 2012- Kiyev, 2013- Bakı, 2014-iki qat Bakı, 2015- Riqa)

3 qat dünya çempionu( 2009 Rostov, 2012- Soçi, 2013- Praqa 2-ci yer, 2014-Moskva)

2 qat Beynəlxalq turnirlərin qalibi (2012 Sorotov, 2017-Naxçıvan)

9 dəfə Azərbaycan rekordunu, 22 dəfə dünya rekordunu, 23 dəfə Avropa rekordunu təzələmişəm.

 

 Hər kəs idmançı olmaq istəyir. Səncə  idmaçı olmaq istək kimi asandır?
Yəqin siz hər kəs deyəndə idmanla məşğul olanları nəzərdə tutursunuz. Deməzdim idmanla məşğul olanlardan hər kəs profesional məşğul olmaq istəyir, amma təbii ki, böyük əksəriyyəti  güçlü idmançı olmaq arzusundadır. İdmançı olmaq təbii ki, istək olaraq, o qədər də çətin deyil. İdmana başlayan bir şəxsin içində bir idmançı olmaq uğur qazanmaq nailiyyət əldə etmək istəyi ola bilər. Çünki idmançı olmaq üçün istəyin güclü olmalıdır. Bununla yanaşı davamlı məşqlərdən tutmuş, içində inam əzmkarlıq, mütləq və mütləq məqsəd dayanmalıdır.

 

 Uğurlu qərarın sonunu düşünmədən, nəticə əldə etmək mümkündur?
Hər bir hərbiçi hərbi xidmətə başlayanda qarşısında duran ən böyük hədəf general olmaq arzusudur, hər bir idmançınında qarşısında duran ən böyük məqsəd idmanın ən yuxarısında dayanan Ali zirvəni fəht etməkdir. Düşünürəm ki, sonunu düşünmədən  uğur əldə etmək mümkündür. Sən onun üçün davamlı durmadan düşünməlisən, uğura gedib çatana qədər hər gün, hər gece, hər dəqiqə sən məqsədli şəkil öz üzərində çalışmalısan.

 Çalışmaq, mübarizə, məqsədyönlülük. Bunların hansı sənin həyatında daha çox üstünlük təşkil edir və səbəb?
Çalışmaq, mübarizə, məqsədyönlük-əslində bunların heç biri olmadan uğura gedə bilməzsən. Əgər bu gün mən bir uğura imza atmışamsa eyni zamanda illərdi davamlı olaraq  uğurları təkrarlamağı və niyyəti qoruyub saxlamağı bacarıramsa , bu o deməkdir ki, hamısı yerindədir. Məqsəd olmadan bir uğura getmək mümkün deyil. Məqsəd olandan sonra mütləqdir ki, davamiyyətli şəkildə yorulmadan, tükənmədən çalışasan. Hər uğurun mütləq arxasında bir əzmkarlıq,  gecəli-gündüzlü çalışmaq və təbii ki, məqsəd dayanır. Doğru qərarı verməyi öyrədən, doğru yol göstərməyi bacaran müəllimin olması, uğurun ən əsas prinsiplərindəndir.
 
 
 Bu gün özünü sübut edən idmançılardan birisən. İdmançı olaraq rəqabət varmı? Və bu lazımdırmı?
Siz əvvəldə qeyd etdiniz ki, bu gün bir idman sahəsində mən özümü sübut etmiş bir idmançıyam və sual verirsiniz ki, idmançı olaraq rəqabət varmı, bu lazımdırmı, təbii ki, rəqabət var və bu lazımdır. Əgər rəqabət olmasaydı mən özümü necə sübut edərdim.

  Bəzən isə ele olur ki,  sağlam rəqabəti qeyri sağlam rəqabətlə qarışdırırlar. Buna münasibətin.
Təbii ki, buna münasibətim pis deyil, çünki sağlam rəqabət olmayan yerdə sağlam nəticələrdə olmaz və həqiqətdə ortada ola bilməz. Həqiqətin ortada olması üçün mütləq sağlam rəqabət lazımdır.

  Azərbaycan idmançıları ilə digər ölkələrin idmançıları arasında fərqi nədə görürsən?
Düzdü idmançılar arasında müəyyən fərqlər var. Mənə görə idmançının bir-birindən fərqləndirən bir şey varki oda təmsil etdikləri ölkənin bayraqlarıdır. Mənim və idmançılarımızın ən əsas  borcu isə üç rəngli bayrağımızı hər zaman uca tutaraq, himnimizi səsləndirməkdir.

Pauerliftinqçi olaraq özünü bu çətin idmanda hansı pillədə görmək istəyirsən?
Demək olar ki, istədiyim pillədəyəm. Şükürlər olsun ki, arzuladığım hədəf və nailiyyətlərimin əksəriyyətini əldə etmişəm. Çox təəssüf edirəm ki, pauerliftinq  idman növü  olimpiya idman növü sırasında deyil. Ən böyük arzumda odur ki, pauerliftinq idman növü olimpiya idman növləri sırasına daxil edilməsi və gələcəkdə tələbələrim bu idman növündə  öz idmanımızın adını daha da yüksək zirvələrdə tutmaqlarıdır.
 
 
Dırnaq arası idmançı yoxdu deyirlər. Bəs yalandan   dünya və Avropa çempionuyam   deyən idmançılara münasibətin!
Əslində doğru buyurursunuz dırnaq arası idmançı yoxdur. Sadəcə idman növləri fərqli ola bilər. Bu idman növlərində yarışan idmançıların sayı fərqli ola bilər. Düşünürəm ki, hər kimsə iştirak etdiyi yarışda rəqiblərin sayı az olması, o şəxsin nəticələrini göz ardı edə və ona dırnaq arası idmançı deməyə əsas verir. Ştanq deyərdimki, yeganə idman növüdür ki, rəqibin dili-ağzı yoxdu, qaldıra bilmədiyin çəkinin hər an altında qalma ehtimalın çoxdur.

  Elmir əsl idmançı nəyi bilməlidir və ya hansı hərərkətlərinə diqqət etməlidir.
Əgər bir idmançı olaraq sən hansısa nailiyyət əldə etmisənsə və ölkənin bayrağın dalğalandırısansa bu  o deməkdir ki, başqaları üçün örnəksən, nümunəsən, öndə olan şəxsən. Ona görə də mütləqdir ki, əsl idmançı müsbət tərəfdən örnək olmağı bacarmalıdır.

 Bəs olub  ki, idmançı statusundan hər hansı bir  işdə istifadə edəsən?
Hal-hazırda çalışdığım SOCAR Təhlükəsizlik İdarəsinə işə düzəlməyimin başlıca səbəbi (2012 aprel.) idmançı olmağımdır. Başqa hansısa sahədə istifadə elədiyim yadıma gəlmir.
 
 
İdmandan kənarchansı işlə məşğul olursan?
İdmandan kənar  SOCAR Təhlükəsizlik   İdarəsinin əməkdaşı olaraq çalışıram.

  İşin ilə idman arasında seçim qoyulsa hansın seçərdin?
İdman mənim başlıca həyatımdır. (gülür)

 Son olaraq hansı fikirlərini bölüşmək istəyərdin
Fürsətdən istifadə edib, gözəl ürəkli insan,  mənim qardaş dediyim məşqçim, həmdə yığma komandanın baş məşqçisi  Şəmsi müəllimə illərdi göstərdiyi  maddi və mənəvi dəstəyinə görə təşəkkürümü bildirirəm. Allah o insandan razı olsun ki, bu 14 ildi mənə nə lazımdısa öyrədib, nəyisə başa salıb və yol yoldaşı olub mənimlə.
 

 

 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...