Elmar Məmmədyarovu İranda yeni səfir kimi təqdim etdilər: YANLIŞLIQ, YOXSA...

Elmar Məmmədyarovu İranda yeni səfir kimi təqdim etdilər: YANLIŞLIQ, YOXSA...

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən, martın 9-da, Tehrana səfər edib və İran rəhbərliyi tərəfindən qəbul olunub. Lakin İran prezidentinin və ölkənin Xarici İşlər Nazirliyinin saytlarının ingilis dilində olan versiyalarında Məmmədyarov Azərbaycanın İİR-də yeni səfiri kimi təqdim edilib.

Belə ki, İran prezidentinin saytının ingilis dilli versiyasında yerləşdirilmiş rəsmi məlumatda bildirilir ki, prezident "Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib”. Daha sonra məlumatda deyilir:

"Şənbə günü Tehranda Azərbaycan Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdikdən sonra doktor Həsən Ruhani deyib: "İran İslam Respublikasının hakimiyyəti Azərbaycanla qarşılıqlı maraq kəsb edən bütün sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlıdır...” Azərbaycan Respublikasının Tehrandakı yeni səfiri Elmar Məmmədyarov həmçinin etimadnaməsini prezident Ruhaniyə təqdim edərək bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün heç bir maneə yoxdur”.

Bununla birlikdə, Azərbaycan Xarici İşlər Nazirliyinin saytının ingilis dilindəki versiyasında Məmmədyarovun Tehrana səfəri haqqında məlumatlarda o, səfir deyil, nazir kimi təqdim olunur.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...