Elmar Məmmədyarov Qulam İshaqzain ilə görüşdü

Elmar Məmmədyarov Qulam İshaqzain ilə görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzaini qəbul edib.

XİN-dən Publika.aza verilən məlumata görə, E.Məmmədyarov BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzaini BMT-nin Əhali Fondunun (UNFPA) yeni Rezident Nümayəndəsi statusunda qəbul edib.

 

E.Məmmədyarov Qulam İshaqzaini BMT-nin Əhali Fondunun Azərbaycanda Rezident Nümayəndəsi təyin olunması münasibətilə təbrik etdi və ona bu statusda gələcək fəaliyyətində uğurlar arzuladı.

 

Qulam İshaqzai təyinat məktubunu nazir E.Məmmədyarova təqdim etdi.

 

E.Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərindən BMT-nin Əhali Fondunun ölkəmizə göstərdiyi dəstək və yardımı təqdir edərək, BMT Əhali Fondunun Azərbaycan hökumətinin vacib humanitar tərəfdaşlarından biri olduğunu bildirdi.

 

Həmçinin, BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin keçən il Azərbaycana səfərinin təşkilatla əlaqələrin inkişafına təkan verdiyi və səfər zamanı ADA Universiteti ilə BMT-nin Əhali Fondu arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əməkdaşlıq çərçivəsinə təhsil və informasiya və kommunikasiya texnologiyaları kimi yeni ölçülər əlavə etdiyi qeyd olundu.

 

Qulam İshaqzai BMT-nin müəyyən etdiyi davamlı inkişaf məqsədlərinin milli hədəf proqramına daxil edilməsi, ölkəmizin inkişaf sahəsində əldə etdiyi təsirli nəticələri, o cümlədən sürətli və davamlı inkişafın təmin olunması, yoxsulluğun aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsini vurğuladı.

 

E.Məmmədyarov məcburi köçkünlər məsələsinə və bu sahədə Azərbaycan hökuməti tərəfindən görülən tədbirlərə toxunaraq, BMT-nin Əhali Fondunun fəaliyyətində onların problemlərinə xüsusi diqqətin ayrılmasının vacibliyini ifadə etdi.

 

Görüşdə BMT-nin Rezident Əlaqələndirici Ofisinin fəaliyyətinə aid olan digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 
Fotoları təqdim edirik:
 



OXŞAR XƏBƏRLƏR

Azərbaycan Qırğızıstanla energetika əməkdaşlığına dair Anlaşma Memorandumu İMZALADI

Azərbaycan Energetika Nazirliyi ilə Qırğızıstan Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.   ...

ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycana GƏLDİ

Milli Məclisin (MM) Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqresi üzvlərinin bir q...

Baş Prokurorluq sabiq baş pediatrın intiharı ilə bağlı MƏLUMAT YAYDI

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az bildirir ki, bu barədə Azərbaycan Respublik...

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxta münasib qiymətə ev axtarışına çıxırlar. Tələbələrin bir çoxu isə universitetlərin ...

İran İsraili İTTİHAM ETDİ: "Qəzzada müharibə cinayətləri törədir"

İranın Xarici İşlər Nazirliyi Qəzzadakı müharibəni pisləyib.   Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi X hesabında məsələ ilə bağlı bəzi...

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...