Sİyasət

Elmar Məmmədyarov Peruya gedib

Elmar Məmmədyarov Peruya gedib
 

Xarici İşlər naziri Elmar Məmmədyarov Peru Respublikasının paytaxtı Lima şəhərinə işgüzar səfərə yola düşüb.

 

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Peru Respublikasının Xarici İşlər naziri Nestor Popolizio Bordalesin dəvətilə reallaşan səfər çərçivəsində nazir Elmar Məmmədyarov 5-6 iyul tarixlərində Lima şəhərində keçiriləcək "Sakit okean Alyansı”na üzv ölkələrin (Meksika, Kolumbiya, Peru və Çili) prezidentlərinin və müşahidəçi ölkələrin rəsmilərinin 14-cü Zirvə Görüşündə iştirak edəcək.

 

Zirvə görüşü çərçivəsində təşkilatın müşahidəçi ölkələri üçün işçi masanın təşkil olunması və üzv ölkələrlə müşahidəçi statusuna malik ölkələr arasında nəqliyyat, innovasiya və yüksək texnologiyalar, mədəniyyət, turizm, təhsil, tibb, ətraf mühit və digər sahələr üzrə əməkdaşlıq imkanlarının ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdirilməsi, eləcə də ticarət əlaqələrinin gücləndirilməsi imkanlarının müzakirə edilməsi nəzərdə tutulur.

 

Sakit okean Alyansının Zirvə görüşündə müşahidəçi ölkələr ilə yanaşı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Avropa İttifaqı, ATƏT və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təşkilatların nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031