Elmar Məmmədyarov Misir Parlamentinin komitə sədri ilə görüşüb

Elmar Məmmədyarov Misir Parlamentinin komitə sədri ilə görüşüb

 

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, keçmiş xarici işlər naziri Məhəmməd Orabi ilə görüşüb.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğunu qeyd olunaraq, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylər göstərilməsinin vacibliyi vurğulanıb.

 

M.Orabi Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun müasir dünyanın ən mühüm çağırış və problemlərinə dair məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli olduğunu qeyd edib.

 

Tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər.

 

Həmçinin parlament diplomatiyasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə də əməkdaşlığın genişləndirilməsi zəruriliyini vurğulayıblar.

 

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyətə dair məlumat verib. O, Misirin münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

 

Görüşdə həmçinin Yaxın Şərq böhranı, miqrasiya problemi, terrorizmə qarşı mübarizə və digər beynəlxalq və regional məsələlər müzakirə olunub.



OXŞAR XƏBƏRLƏR

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...