Elmar Məmmədyarov Meksika Prezidentinin andiçmə mərasimində iştirak edəcək
11:30 / 30.11.2018
1968
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində E.Məmmədyarovun Meksikanın yeni seçilmiş Prezidentinin inauqurasiya mərasimində iştirakı və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
Bu barədə Sfera.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.