Elmar Məmmədyarov: “Həll olunmamış münaqişələr narahatlıq doğurur ”

Elmar Məmmədyarov: “Həll olunmamış münaqişələr narahatlıq doğurur ”

 

"Prezidentlərin görüşünə dair yekun Bəyannamədə qeyd olunur ki, həll olunmamış münaqişələr narahatlıq doğurur və "Şimal-Cənub” dəhlizinin reallaşmasına çətinlik yaradır”.

 

Sfera.az bildirir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib. 

 

O bildirib ki, Sankt-Peterburq görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair imkanlar yaranıb: "Bəyannamədə də həll olunmamış münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri və qəbul edilmiş qərarlar çərçivəsində danışıqlar yolu ilə həllinin vacibliyi vurğulanıb".

 

Apa.az//

Sfera.az



OXŞAR XƏBƏRLƏR