Elman Rüstəmov: Ermənilər bunun üçün dünyanı gəzirlər

Elman Rüstəmov: Ermənilər bunun üçün dünyanı gəzirlər
Bu gün xalqımız, dövlətimiz öz tarixinin ən şanlı səhifəsini yazır. Ali Baş Komandanın rəhbərliyi ilə apardığımız vətən müharibəsində milli iqtisadiyyatımızın olduqca böyük rolu var.
 
Sfera.az xəbər verir ki, bunu AZTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Bütün bu addımlarımızın arxasında böyük bir iqtisadi güc dayanır. Xüsusilə son dövrlərdə 3 dəfədən çox artan iqtisadi potensialımız, maliyyə imkanlarımız ordu quruculuğu həyata keçirməyimizə imkan verib. Azərbaycan və Ermənistan iqtisadiyyatlarını nəinki kəmiyyət, həm də keyfiyyət baxımından müqayisədə etmək mümkün deyil. Ermənistan iqtisadiyyatı resurssuz, nəqliyyat-logistika imkanları baxımından təcrid olunmuş bir iqtisadiyyatdır. Bu cür iqtisadiyyat böyük inkişaf perspektivinə malik olmur. Cəmi 3 milyon əhalisi olan ölkənin əmək resursları da çox ola bilməz. Belə vəziyyətdə onların taleyi başqa ölkələrin əlavəsi olmaqdır. Onların qonşusu Türkiyədir ki, 83 milyon əhalisi var, amma bu gün Ermənistan həmin ölkəyə qarşı saxta soyqırım iddiası irəli sürür. Onlar bunun üçün bütün dünyanı gəzirlər və Türkiyə ilə diplomatik münasibətləri yoxdur, - deyə o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...