Elman Gədiklini işdən nazir qovdurub?

Elman Gədiklini işdən nazir qovdurub?

Speys TV-nin "Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədikli tutduğu vəzifədən azad edilib.

Sfera.az Unikal.org-a istinadla xəbər verir ki, teleşirkətin prezidenti Vaqif Mustafayev baş redaktorun işdən çıxarılması ilə bağlı dünən saat 15:00-da əmr imzalayıb.

Elman Gədikli işdən azad olunmasını təsdiqləyib və bildirib ki, öz ərizəsi ilə işdən çıxıb: "Qardaşım rəhmətə getdi, 40-ı çıxmamış bacım dünyasını dəyişdi. 11 il idi "Speys"də fəaliyyət göstərirdim. Adam bir yerdə çox işləyəndə yorulur. Bu səbəbdən işdən azad olunmağım üçün ərizə yazdım. Bir müddət istirahət etdikdən sonra əməkdar jurnalist olaraq ölkədəki KİV-lərin birində çalışacağam".


Ölkə.az isə Elman Gədiklinin Təhsil Nazirliyi əleyhinə hazırlanan tənqidi materialın hazırlanması və onun efirdə yayımlanması barədə tapşırıq verməsi səbəbindən işdən azad olunduğu barədə xəbər yayıb. Bildirilir ki, sözügedən tənqidi material efirdə yayımlanandan sonra Təhsil naziri Mikayıl Cabbarov Speys TV-nin prezidenti Vaqif Mustafeyevə zəng edərək, buna etirazını bildirib. Hətta Mikayıl Cabbarov həmin materialın Təhsil Nazirliyinə qarşı qərəz doğurduğunu vurğulayaraq, günahkarın cəzalandırılmasını istəyib.

Daha sonra Vaqif Mustafayev materialın kimin tapşırığı ilə hazırlandığını araşdırıb. Məlum olub ki, sözügedən materialı hazırlamağı müxbirə Elman Gədikli tapşırıb.

Bundan ciddi şəkildə əsəbiləşən Vaqif Mustafayev Elman Gədiklini işdən çıxarıb.

Elman Gədiklinin yerinə isə tanınmış telejurnalist Azadə Balayevə təyin olunub.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...