Elm və təhsil komitəsinin sədri məktəbdə baş verən biabırçı hadisədən xəbərsizdir: \"Eşitməmişəm\"

Elm və təhsil komitəsinin sədri məktəbdə baş verən biabırçı hadisədən xəbərsizdir: \
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində baş verən biabırçı hadisədən xəbərsizdir. 

Bu barədə Sfera.az-a İsa Həbibbəyli özü deyib. 

Komitə sədri məktəbdə baş verən hadisədən məlumatsız olduğunu bildirib:

"Dediyiniz o hansı hadisədir ki, mən eşitməmişəm. Mənim bu barədə məlumatım yoxdur. Yaxşı olar ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edəsiniz. Bu hadisə Elm və təhsil komitəsinə aid olan məsələ deyil. Komitənin işi tamam fərqlidir. Bu, Təhsil Nazirliyinə aid olan məsələdir". 

Xatırladaq ki, Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində biabırçı hadisə baş verib.

Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək,  sosial şəbəkələrdə yayıb.

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi Rzayev Cavidan Siyavuş oğlu saxlanılıb. O, hazırda Bakı İstintaq Təcridxanasındadır.

Fevralın 11-də Rzayev Cavidanın barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilir. 

Rzayev Cavidan Siyavuş oğlu barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR