Elm “süni insan” yaradılmasına hazırdır

Elm “süni insan” yaradılmasına hazırdır
"The İndependent” yazır ki, alimlərin beynəlxalq qrupu sintetik insan genomunun yaradılmasını nəzərdə tutan böyük layihə təklifi ilə çıxış edib.

Alimlərin fikrincə, "HGP-yaz” layihəsi insan səhhəti ilə bağlı bir sıra kəskin problemləri kökündən həll etmək iqtidarındadır.

Bu məsələ əvvəllər çox ciddi etik və hüquqi suallar doğurmuşdu. Buna baxmayaraq, dünyanın 25 aparıcı genetiki bəyan edib ki, İnsan Genomu Layihəsi (Human Genome Project - HGP) nə qədər ziddiyyətli görünsə də, indi tədqiqatların ən böyük sahəsinə çevrilib.

Alimlər bildirirlər ki, layihə bu günə qədər "HGP oxu” adlanırdısa, innən belə "HGP yaz” adlanmalıdır. Başqa sözlərlə alimlər bu günə qədər insan genomunu yalnız "oxuyurdularsa”, indi onu "yazmağı”, daha doğrusu yaratmağı düşünürlər. "The İndependent” yazır ki, bu layihənin icrası milyardlarla funt sterlinq vəsait tələb edə bilər.
Başqa alimlər layihəni tibdə inqilab adlandırırlar və əmin etməyə çalışırlar ki, burada söhbət bütöv insanın yaradılmasından getmir. Alimlərin fikrincə "HGP-yaz” layihəsi insan səhhəti ilə bağlı bir sıra kəskin problemləri kökündən həll etmək iqtidarındadır. Xəbər verilir ki, bu layihə sayəsində transplantasiya üçün insan orqanlarının yetişdirilməsi, viruslara qarşı immunitetin mühəndisliyi, xərçəng kimi təhlükəli xəstəliklərə qarşı terapevtik hüceyrə xətlərinin yaradılması mümkün ola bilər.

"Uşaq dizaynı” təhlükəsi

"The İndependent” yazır ki, insan genomunun redaktə edilməsi məsələsi indiyədək olduqca ziddiyyətli ideya hesab olunub. Bu layihə bir çox irsi və sağalmaz xəstəliklərin müalicəsinə potensial olaraq yol açsa da, bir sıra təhlükəli sui-istifadələrə - məsələn dizayn edilmiş uşaqların doğulmasına imkan verə bilər.

Science jurnalında dərc etdikləri məqalədə alimlər razılaşırlar ki, tamamilə sintetik genomun yaradılması müəyyən mənfiliklərə səbəb ola bilər. Bu təhlükələrdən biri də insanın cinsi hüceyrələrinin dəyişdirilməsinə imkan yaranmasıdır. Bu hüceyrələrə müdaxilə, məsələn, irsi xəstəliklərin önlənməsi zamanı tələb oluna bilər.
Bir sıra alimlər bu qənaətdədirlər ki, bu məsələnin ciddiliyi, bütün hüquqi, etik və sosial məsələlərin hələ tədqiqatlar başlamadan həll edilməsini tələb edir.

Təhlükəlidir, lakin zəruridir

University College London universitetindən sintetik biologiya professoru John Ward deyir ki, burada söhbət DNT-nin getdikcə daha böyük seqmentlərinin yaradılmasından gedir və son nəticə istər-istəməz tam insan genomunun süni şəkildə yaradılması imkanı olacaq.
Alim burada real təhlükənin olduğunu etiraf edir, lakin bildirir ki, HGP-nin birinci – yəni "oxu” fazası insanın genetik xəstəliklərinin, habelə xərçəngin müalicəsi üçün tamamilə yeni üsullar ortaya çıxarıb.

Onun fikrincə, bəşəriyyət bu yanamşmanın bəhrələrini qarşıdan gələn illərdə görməyə başlayacaq. Alim inandırmağa çalışır ki, bu layihədə süni insanın yaradılmasına heç bir çağırış yoxdur, lakin daha böyük gen seqmentlərinin öyrənilməsi "sağalmaz” xəstəliklərin sağalması üçün çeşidli müalicə üsullarının yaranmasına yol açır.
John Ward yada salır ki, indiyədək aparılan rüşeym tədqiqatlarında da süni insan yaradılması məqsədinə heç bir çağırış olmayıb (BBC).

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...