Maraqlı

Elm şimpanzelərlə bağlı daha bir inanılmaz həqiqəti ortaya çıxardı - Bunu insanlardan daha yaxşı bacarırlar

Elm şimpanzelərlə bağlı daha bir inanılmaz həqiqəti ortaya çıxardı - Bunu insanlardan daha yaxşı bacarırlar
Şimpanzelər öz yatdıqları yeri daha təmiz saxlayır, nəinki insanlar.

Sfera.az xəbər verir ki, bu faktı Şimali Karolina Universitetinin alimləri üzə çıxarıblar. 41 şimpanze yuvasının üzərində tədqiqat aparan alimlər orada mikrobların çeşidliliyini araşdırıblar.

Ağac yarpaqlarından yataq düzəldən şimpanze yuvaları mikrob baxımından zəngin olsa da, tüpürük və nəcis vasitəsilə yayılan  mikroblar isə insanların yatdığı yerlərlə müqayisədə dəfələrlə az çıxıb.

"Şimpanze yuvalarında belə mikrobların demək olar ki, olmaması bizi təəccübləndirdi. Adətən insanların yataqlarında onların bədənindən keçən mikrobların sayı 35%-ə çatır”,  - deyə Meqan Tommes bildirib.

Tommes şimpanzelərin yatağının təmiz olmasını onların hər gecə özlərinə yenidən yataq yeri düzəltməsi ilə əlaqələndirir.

Sfera.az




AdRiver

XƏBƏR LENTİ