Maraqlı

Elm adamları 1400 illik sirri açmağa çalışır - Suyun altındakı qəribə məxluqun DNT-si axtarılır - FOTO

Elm adamları 1400 illik sirri açmağa çalışır - Suyun altındakı qəribə məxluqun DNT-si axtarılır - FOTO
Yeni Zellandiyalı alimlər İsveçrədə Lox-Ness gölündə onlarla insan tərəfindən görüldüyü iddia edilən qəribə dəniz canlısının DNT-sini axtarır.
 
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, həmin məxluqun DNT-sini tapmaq üçün sudan nümunələr götürülüb.

Həmin göldə elmə naməlum olan məxluqu ilk dəfə 6-cı əsrdə xristianlığı bölgəyə gətirən Əziz Kolumbun gördüyü iddia edilir.  "Nessie" adlandırılan bu canlını sonuncu dəfə bu ilin mart ayının 26-sında amerikalı bir cütlük görüb. Elmə naməlum olan məxluq haqdakı rəvayətlər o qədər məşhurdur ki, hətta haqqında filmlər də çəkilib. Elm adamları bu günə kimi, bu haqda yayılan şayələri yalanlayırdılar. 

Qeyd edək ki, həmin canlının 66 milyon il öncə nəsli tükənən "Plesiosaurus" olduğu da iddia edilir.

Camal
Sfera.az
AdRiver

XƏBƏR LENTİ