Əliyev-Putin-Ruhani görüşünün 5 əhəmiyyətli tərəfi

Əliyev-Putin-Ruhani görüşünün 5 əhəmiyyətli tərəfi

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında baş tutan görüş regional siyasi mənzərənin ən mühüm hadisələrindən biri olaraq qeydə alındı. Üçtərəfli formatın əsas təşəbbüskarı olan Bakı bununla regionda yeni əməkdaşlığın əsasını qoydu. Təsadüfi deyil ki, Vladimir Putin və Həsən Ruhani bu görüşün təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etdilər.   

 

Azərbaycanın siyasi təcrübəsində bu cür təşəbbüslər birinci dəfə deyil. İndiyə qədər regionda Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları uğurla davam edir. Yeni yaradılan Azərbaycan-İran-Rusiya formatı da regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacib birliklərdəndir.


Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı hər şeydən öncə regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq. Azərbaycan, İran və Rusiya arasında yeni əməkdaşlıq formatının yaranmasını şərtləndirən başlıca amil bu ölkələr arasında dostluq, qarşılıqlı anlaşma və etimad mühitinin mövcudluğu, səmimi və xoş münasibətlərdir. Hər üç ölkə bir-biri ilə sıx siyasi, iqtisadi və humanitar əlaqələrə malikdirlər. Azərbaycanın həm İran, həm də Rusiya ilə dostluq əlaqələri son illərdə daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər üç ölkə beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyirlər.


Təsadüfi deyil ki, Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirib. Bununla Azərbaycan bir daha göstərib ki, beynəlxalq hüquq normalarına, ədalətə və ölkənin milli maraqlarına əsaslanan müstəqil siyasət aparır. Çünki Ermənistan istisna olmaqla qonşularla yaxın əlaqələr Azərbaycanın milli maraqlarına tam cavab verir.


Qarşılıqlı olaraq İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşır. Hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan edib.


Azərbaycan tərəfi hesab edir ki, yalnız birlik, sıx əməkdaşlıq, qarşılıqlı etimad şəraitində müasir dövrün çağırışlarına, mövcud olan risk və təhdidlərə qarşı effektli siyasət yürütmək olar.


Azərbaycan müasir dövrün ən mühüm problemlərindən olan terrorizmə qarşı mübarizədə prinsipial mövqe tutur, bu sahədə əməkdaşlığın gücləndirilməsi işinə əməli töhfələr verir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın irəli sürdüyü təşəbbüslər bunu bir daha sübut edir. Bununla yanaşı, Azərbaycan Xəzər dənizi regionunda sülh və əməkdaşlığın inkişafına, dənizin ekosisteminin qorunmasına töhfə verir. 

Azərbaycanın təşəbbüskarı olduğu mühüm enerji layihələri bütün ölkələrə fayda gətirir.


Yeni yaranmış üçtərəfli formatın hər üç ölkəyə qazandıracağı dividendlər də ortadadır. 

1. Ölkələr arasında və regionda iqtisadi əməkdaşlığı daha da gücləndirəcək, ticarət dövriyyəsinin artmasına, qarşılıqlı sərmayə qoyuluşuna, ixrac imkanlarının genişləndirilməsinə, maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın güclənməsinə müsbət təsir göstərəcək, bu istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.


2. Üçtərəfli format elektroenergetika sektorunda əməkdaşlığın genişlənməsində, ölkələr arasında enerji mübadiləsinin artmasında öz müsbət rolunu oynayacaq. 

3. Həmçinin sərhədlərin mühafizəsi işində əməkdaşlığı stimullaşdıracaq, bu sahədə birgə təlimlər, operativ informasiya mübadiləsinin həyata keçirilməsi işini sürətləndirəcək.


4. Üçtərəfli format nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinə, "Şimal-Cənub” nəqliyyat dəhlizinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinə əhəmiyyətli təsir göstərəcək.


5. Yeni format həm də humanitar əlaqələrin inkişafına pozitiv təsirini göstərəcək, xalqlar arasında mədəni əlaqələrin inkişafına, multikulturalizmin təşviqinə yeni imkanlar açacaq.


***

Bakı görüşü bir daha onu göstərir ki, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuz qazanmış Azərbaycan regionda sabitləşdirici rol oynayır, mühüm transmilli iqtisadi layihələrin, yeni siyasi formatlarının təşəbbüskarı kimi regional əməkdaşlığın inkişafına, sülhə və təhlükəsizliyə ciddi töhfə verir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, qətiyyətli və prinsipial siyasətin həyatiliyini, uğurunu açıq şəkildə nümayiş etdirir.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...