Cəmİyyət

Əliyev-Paşinyan debatında diqqətdən qaçan MƏQAM

Əliyev-Paşinyan debatında diqqətdən qaçan MƏQAM
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan debat hələ də müzakirə olunmaqda davam edir.

Belə ki, 45 dəqiqə davam edən müzakirələrdə diqqətdən kənarda qalan məqamlardan biri debatı izləyənlər arasında Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun olmasıdır. Zalın Azərbaycandan olan qonaqlar üçün ayrılan hissəsində əyləşən Ukrayna lideri 45 dəqiqə boyunca İlham Əliyev-Nikol Paşinyan müzakirəsini dinləyib.

Azərbaycana rəğbətini gizlətməyən eks-prezident müzakirə paneli bitən kimi İlham Əliyevə yaxınlaşaraq onu qucaqlayıb. Poroşenko yaxınlıqda duran Nikol Paşinyana tərəf baxmayaraq, onunla nümayişkəranə şəkildə görüşməyib. Bu jesti ilə Ukraynanın keçmiş lideri Ermənistanda ciddi qınaq obyektinə çevrilib. Ermənilər Azərbaycanın yaxında olduğunu göstərən Poroşenkonun addımına qısqanclıqla yanaşıblar. Pyotr Poroşenko 2014-cü il iyunun 7-dən 2019-cu il mayın 20-nə qədər Ukrayna prezidenti asəalhiyyətlərini icra edib. Hazırda o, "Avropa Həmrəyliyi” partiyasının sədridir. (Modern.az)

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031