Əliyev bunu öyrənən kimi dərhal göstəriş verdi - Video

Əliyev bunu öyrənən kimi dərhal göstəriş verdi - Video
Mahrux Muradovanın Ərdəbil şəhərində anadan olduğu bilinsə də, hansı tarixdə doğulması ilə bağlı məlumat yoxdur. Atası Mirzə Xəlil Şiraqi həkim, din xadimi olmaqla yanaşı, gözəl ney çalmağı, İran və Azərbaycan muğamlarını yüksək səviyyədə oxumağı bacarırdı. Çoxlu sayda müəssisə və şirkəti olan Şiraqi bəy "Tudə” partiyasının üzvü olduğu üçün 1946-cı ildə Azərbaycana mühacirət edib. Onun Rübabə, Mahrux, Pərvan, Tahirə, Ruhəngiz adlı 5 qızı, Ənvər və Əşrəf adlı iki oğul övladı olub. Onlardan yalnız Ruhəngizlə Tahirə həyatdadır. Övladlarından Pərvanə və Tahirə Salyan rayonunda, digərləri isə Ərdəbildə doğulub. Böyük qızı, unudulmaz müğənnimiz Rübabə xanım 1946-cı ildə İrandan qaçıb gələndə 13 yaşı var idi.

Mirzə Xəlil Şiraqinin ailəsində üç sənətkar yetişib. Onlardan biri Rübabə Muradova, digərləri isə Tahirə və Mahrux Muradovalardır.

Rübabə xanım ölkə səviyyəsində tanınsa da, Mahrux və Tahirə xanımdan çox az insan xəbərdardır.

Muğam sənətimizin önəmli simalarından Əhmədxan Bakıxanov xatirələrində yazırdı:

"Mahruq Muradovanın Rübabəyə həm zahiri bənzəyişini, həm də səs oxşarlığını görməmək mümkün deyildi”.

Mahruq Muradova əvvəlcə "Lalə” qızlar ansamblının, sonra isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Onun repertuarında həm bəstəkar mahnıları, həm də xalq mahnıları, muğam və təsniflər var idi. O həmçinin Opera və Balet Teatrında müxtəlif rolları ifa edib. Bəstəkar Şəfiqə Axundovanın "Gəlin qayası” operasında Gülbahar rolu ilə yaddaşlarda qalıb. Mahrux xanım səhnə mədəniyyəti, ifa tərzi ilə seçilən sənətkarlardan olub. Sənətkarın ifasında Mahur, Şur və Cahargah təsnifləri ilə val da buraxılıb.

Uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən Muradova 2002-ci ildə prezident təqaüdünə layiq görülüb.

Onun təqaüdə layiq görülməsinin qəribə tarixçəsi var. Şair Vüqar Əhməd bu barədə maraqlı bir faktı açıqlayıb:

"Mahrux xanımla bağlı veriliş hazırlamışdı. Orada dedi ki, şəkərəm, ayağımı kəsiblər, pulum yoxdur, dərman ala bilmirəm, acından ölürəm. Verilişin ertəsi gün Nizami Xudiyev zəng edib qışqırdı ki, 5 dəqiqəyə yanımda ol. Bildim vəziyyət ağırdır, artıq sonumdur. Taksiyə minib, özümü çatdırdım.

Dedi, o nədir efirə vermisən? İşdən çıxmaq üçün ərizə yazmağa başlayanda dedi, dayan görüm. Veriliş cənab prezidentin çox xoşuna gəlib, axşam xəbərlərdə Muradovaya prezident təqaüdü verilməsi haqda sərəncam oxunacaq”.

Mahruq Muradova prezident təqaüdünə layiq görüldükdən iki ay sonra vəfat edib və Yasamal qəbiristanlığında, bacısı Rübabə Muradovanın məzarının yanında dəfn edilib.

Sənətkarın bir çox mahnıları Dövlət Televiziya və Radiosunun "Qızıl fondu”nda qorunur.kult.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...