Əliyev-Berdiməhəmmədov görüşü: Bu, Rusiyaya bir mesaj idi ki, Cənub Qaz Dəhlizi...

Əliyev-Berdiməhəmmədov görüşü: Bu, Rusiyaya bir mesaj idi ki, Cənub Qaz Dəhlizi...
 
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfərinin ikitərəfli münasibətlərdəki bəzi anlaşılmazlıqları aradan qaldıracağı bildirilir. Azərbaycan prezidenti İlham Əliyev ilə Bakıya səfərə gələn Türkimənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında təkbətək görüş keçirilib. Azərbaycanla münasibətlərində müəyyən anlaşılmazlıqlara səbəb olan addımları ilə seçilən Türkmənistan liderinin Bakıya səfəri ikitərəfli əlaqələrin perspektivi baxımından, mühüm siyasi hadisə kimi qiymətləndirilir. Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında cərəyan edən ciddi siyasi-iqtisadi proseslər fonunda baş tutan bu səfərin mümkün nəticələri olduqca maraqlı görünür. Prezidentlərin təkbətək görüş zamanı müzakirə etdikləri məsələləri konkretləşdirmək hələlik mümkün olmasa da, tərəflərin qarşılıqlı maraq doğuran vacib mövzuları ətraflı dəyərləndirdikləri şübhəsizdir.

Prezidentlərin görüşünü Sfera.az-a dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərinin əsas predmeti Türkmənistan qazının gələcəkdə hər hansı bir formada Cənub Qaz Dəhlizi layihəsinə qoşulması məsələsi idi.
 

Ekspertin fikrincə, Avropa Birliyi ölkələri də buna çox maraqlıdırlar:
"Dəfələrlə Avropa Enerji Komissarı Azərbaycan və Türkmənistana səfərlər edib. Və Türkmənistan qazının bir hissəsinin Azərbaycan üzərindən Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Avropaya çatdırılması məsələsinə çox ciddi maraq var. Amma görünən odur ki, bu məsələnin həllində çox ciddi maneələr var. Ən böyük maneə də Xəzər dənizinin status məsələsidir. Bu həll olunmasa, Rusiya ilə bağlı problemlər də öz həllini tapmayacaq. Rusiya Transxəzər Qaz Kəməri layihəsinin əleyhinədir. Hətta dəfələrlə açıq şəkildə bunun hər vəclə həyata keçirilməsinə mane olacağını bəyan edib. Bir sözlə, Rusiyanın razılığı və maneələri olmasa, Transxəzər Qaz Kəməri layihəsinin həyata keçirilməsi çox çətin olacaq. Çox güman ki, müxtəlif variantlar üzərində iş gedir". 

Ekspert qeyd edib ki, digər məsələ isə Türkmənistanla Azərbaycan arasında kənd təsərrüfatının və iqtisadiyyatın digər məsələlərinin əməkdaşlığı ilə bağlı müəyyən danışıqlar oldu:
"Çox güman ki, ortaq razılaşmalar həyata keçirilsə, gələcəkdə Azərbaycan kənd təsərrüfatı məhsullarının Türkmənistana, o ölkənin məhsullarının isə ölkəmizə ixracı ilə bağlı olan və gömrük keçid məntəqələrində yaşanan problemlər öz həllini tapsın. Hər iki ölkənin əməkdaşlığın davam etməsinə marağı var. Bundan başqa, bu görüşün daha çox siyasi anlamı var idi. İkitərəfli görüş sanki Avropa Birliyini və Qərb ölkələri ilə razılaşdırılmışdı. Və Rusiyaya bir mesaj idi ki, Cənub Qaz Dəhlizi layihəsində hər iki ölkənin iştirak etməkdə marağı var və həyata keçirilməsi üçün müəyyən addımlar atacaq".

 

Qeyd edək ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 9-da başa çatıb.

 

Azər Salam
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...