\"Əlinizə süpürgə aldığınız üçün sizdən utananlar utansınlar\" - Məlahətin cavabı gecikmədi

\
Əməkdar artist Məlahət Abbasova ilə müğənni Xatirə İslam arasında gərginlik davam edir.

İfaçının aktrisa haqda "Hansısa serialda süpürgəçi kimi çəkilmisiz" kəlməsinə M.Abbasovanı özünəməxsus şəkildə cavab verib. O, xadimə işləyən qadınların fotolarını səhifəsində yerləşdirərək yazıb:

"Bir tikə çörək pulu üçün namusu ilə, şərəfi ilə gecə-gündüz qarda, yağışda, istidə küçələri süpürən mənim qeyrətli ağbirçək analarım. Hamısının öz ayrı hekayəsi, öz ağrılı dərdi var. Amma bilirəm ki, heç bir ana kefindən bu işi seçməz. Süpürgəni tutan əllərinizdən öpürəm. Qarşınızda baş əyirəm. Namusunuzla, şərəfinizlə əlinizə süpürgə aldığınız üçün sizdən utananlar, o ağ saçlarınıza baxıb utansınlar. Kaş ki, sizin həyatınızla bağlı bir ssenari yaza biləydim baş rolda da özüm oynayardım. Qürur və şərəf duyaraq oynayardım vətənimin qeyrətli qadın rollarını".

Xatırladaq ki, M.Abbasova "Altın kelebek"də səhnə alan Xatirə İslam haqqında "Bizimkilər niyə bu qədər açılmağa istəklidirlər, başa düşmürəm. Dəhşətlə izləyirəm. Müğənni olaraq onu dinləməmişəm. Yəqin ki, yaxşı oxuyur. Amma kaş bədəninə uyğun geyim seçərdi. Sadə, amma şık geyim olsaydı, daha gözəl olardı" sözlərini demişdi.

Aktisaya cavab olaraq isə Xatirə İnstaqram səhifəsində canlı yayımda bu sözləri işlədib:

"Həmin tədbirdə məndən başqa nə qədər müğənni var idi. Məndən açıq geyinmişdilər. Əlbəttə, mən onlara heçnə deyə bilmərəm. Şəxsi işləridir. Sadəcə olaraq niyə onların içindən mənim adımı çəkirsiz? Deməli, sizin mənimlə qərəziniz var. Sizi ümumiyyətlə tanımıram. Ancaq qalmaqallarda görmüşəm. Sonra da maraqlandım. Dedilər ki, hansısa serialda süpürgəçi kimi çəkilmisiz. Düz edib getmisiz. Burada qalıb nə edə bilərdiniz? Qalıb sənətkar olmaq çətin məsələdir. Məleykə Əsədova və ya Amaliya Pənahova kimi sənətkarlar olan yerdə qalıb nə edə bilərdiniz? Rasim Balayevsiz ki, mənə rəy bildirirsiz? Tanımırsızsa, mən də sizi tanımıram".
 
///Axşam.az

OXŞAR XƏBƏRLƏR