“Əlincə Arena” bundan etibarən “Bank Respubublika Arena” adlanacaq

“Əlincə Arena” bundan etibarən “Bank Respubublika Arena” adlanacaq

 

Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika” ilə Topaz Premyer Liqasında mübarizə aparan"Sabah” Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb.

Müqaviləyə əsasən, "Sabah” FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2019/20 mövsümündə keçirdikləri bütün oyunlarda üzərində "Bank Respublika” yazılan formalarda çıxış edəcəklər.

Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion yeni mövsümdən "Bank Respubika Arena” adlanacaq. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

"Biz inanırıq ki, "Sabah” FK ilə olan əməkdaşlığımız ölkəmizdə futbolu daha da aktiv inkişaf etdirməyə, gəncləri aktiv idman növlərinə cəlb etməyə imkan verəcəkdir. Düşünürəm ki, müasir standartlara malik peşəkar futbol stadionlarından birinin "Bank Respublika Arena” adlanması, Bankımızın Azərbaycan futboluna olan dəstəyin növbəti göstəricisi olacaq", deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.

"Azərbaycan futboluna investorların və sponsorların gəlişi müsbət haldır. Ötən il "Bank Respublika” ilə sponsorluq müqaviləsi imzaladıq. Bu il isə bankla yeni müqavilə bağladıq. Yeni mövsümdən ev oyunlarımızı keçirdiyimiz stadion "Bank Respublika Arena” adlanacaq. Bu da onu göstərir ki, ötən mövsümkü əməkdaşlıq özünü tam doğruldub və aramızdakı bağlar daha da möhkəmlənib. Fikrimcə, bu anlaşma "Bank Respublika” ilə əməkdaşlığımızda yeni səhifənin başlanğıcı olacaq. Ümid edirəm ki, gələcəkdə bu cür anlaşmalar nəinki bizim klubda, həmçinin Azərbaycan futbolunda mütəmadi hal alar”, deyə "Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebooksəhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə HƏBS EDİLDİ

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.   Sfera.az x...

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...