Elinaya yaxınlaşanda ondan meyit iyi gəlirdi - YENİ MÜƏMMA

Elinaya yaxınlaşanda ondan meyit iyi gəlirdi - YENİ MÜƏMMA
Mən xəstəxanada Elinaya çarpayısına yaxınlaşdım. Həkim dedi ki, o bir neçə dəqiqə əvvəl dünyasını dəyişib, lakin ondan meyit qoxusu gəlirdi.

Sfera.az xəbər verir ki, bunu Media.Az-a müsahibəsində xəstəxanadan xanlı yayım edən, "Liniya jizni” qrupunun administratoru Gültən Ramazanova deyib.

Onun sözlərinə görə, hadisədən sonra həkim Vaqif Rəhimov taksiyə oturub qaçıb. 

"Elina ailəsi ilə tanış deyildim. Bizim Facebook-da qrupumuz var. Orda qrup üzvlərindən biri – Stasya mənə yazdı məktəbdə şagird özün pəncərədən atıb, və məndən kömək istədi.

Mən Elinanın anası Sevil Hacıyeva ilə əlaqə saxladım, o məndən pul yığmağı təşkil etməyi xahiş etdi. Qızını travmatologiya şöbəsinə keçirmək istəyirdi. Sevil xanım bildirdi ki, onların maliyyə imkanları bunun üçün bəs etmir.

Mən onu əmin etdim ki, bütün yığılan məbləğ Elinanın digər şöbəyə keçirməyə yönləndiriləcək. 

Aprelin 6-da hüquq müdafiəçisi Kəmalə Ağazadə mənə zəng etdi. O bildirdi ki, Elina ölür. Mən dərhal xəstəxanaya getdim. Həkim Vaqif Rəhimov dedi ki, Elina bir neçə dəqiqə bundan əvvəl dünyasını dəyişib. Bu bizim üçün şok idi. Mən Elinanın xəstəlik tarixçəsini istədim və soruşdum ki, niyə o, süni tənəffüs aparatına qoşulub, lakin oksigen yoxdur.

Həkim suallarıma cavab verə bilmədi və mənə digər korpusa İlqar həkimin yanına göndərdi. Mən ora qaçdım. Lakin İlqar həkim bildirdi ki, heç bir cərrahi müdaxilə etməyib, və suallara yalnız Vaqif həkim cavab verə bilər.

Vaqif Rəhimovu tapmaq isə mümkün olmayıb. Şahidlər dedilər ki, o taksiyə oturub aradan çıxıb.

Mən xəstəxanada Elinaya çarpayısına yaxınlaşdım. Həkim dedi ki, o bir neçə dəqiqə əvvəl dünyasını dəyişib, lakin ondan meyit qoxusu gəlirdi”.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...