Elinanın anasının yazışmalarının yayılması cinayət əməlidir – HÜQUQŞÜNAS RƏYİ

Elinanın anasının yazışmalarının yayılması cinayət əməlidir – HÜQUQŞÜNAS RƏYİ

Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın məhkəmə prosesi başlayıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesin hazırlıq iclasında məlum olub ki, istintaq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsisinə xitam verib.

 

Növbəti prosesin sentyabrın 18-də davam etdiriləcəyi bildirilir. Baş verənlər isə cəmiyyətdə sözügedən cinayət işinin obyektiv araşdırılacağına müəyyən qədər inamsızlıq yaradıb. İctimai müzakirələrdə və sosial şəbəkələrdə bununla bağlı narahatlıqlar ifadə olunmaqdadır.

 

 

Sfera.az bunu nəzərə alaraq mövzuyla bağlı hüquqşünas Namizəd Səfərovu danışdırıb.

 

 

"Sözügedən proses ictimaiyyət nümayəndələrinin, jurnalistlərin və maraqlı şəxslərin iştirakı olmadan qapalı keçirilir. Buna görə də kifayət qədər şübhəli məqamlar var. Bildiyim qədərilə təqsirləndirilən şəxslərə yüngül maddələrlə ittiham irəli sürülüb. Belə görünür ki, kimlərsə bu işlə bağlı maraqlarına cavab verən hökmün çıxarılmasında israrlıdır”.

 

Mərhum Elinanın anasının yazışmalarının ictimailəşdirilməsinə də münasibət bildirən hüquqşünas bunun yolverilməz olduğunu xatırladıb:

 

"Yazışmaların ictimailəşdirilməsi kimlərinsə təqsirləndirilən şəxslərin müdafiəçisi qismində fəal iştirakçılığını təsdiqləyir. Məhz bu məqsədlə də intihar edən qıza və onun ailə üzvlərinə qarşı kompromatlar toplanır və tirajlanır. Bütün ailələrdə xoşagəlməz məqamlar yaşanır, münaqişələr, hansısa yazışmalar olur, bu təbiidir. Ancaq həmin şəxsi yazışmaların ictimailəşdirməsi əslində cinayət tərkibli əməldir”.

 

 

Tomris

Sfera.az


OXŞAR XƏBƏRLƏR