Elinanın anası: “İki min manat istədi, bizim də o qədər pulumuz yoxdur”

Elinanın anası: “İki min manat istədi, bizim də o qədər pulumuz yoxdur”
162 saylı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edən Elina Hacıyevanın ailəsinin vəkillə müqavilə bağlamağa maddi imkanı olmadığından, sosial şəbəkələrdə bu məqsədlə yardım göstərilməsi üçün paylaşımlar yayılmışdı.

Sfera.az Bizimyol.info xəbər verir ki, Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov aprelin 22-də bir neçə vəkilin bu işə qoşulub, ailəyə könüllü şəkildə hüquqi yardım göstərməyə hazır olduğunu bildirib. A.Bağırov həmin vəkillərin adlarını da açıqlayıb – Sevinc Əliyeva, Azər Nağıyev, Emin İsayev.

A.Bağırov bildirir ki, ailənin vəkil üçün maddi dəstəyə ehtiyacı haqda məqaləni oxuyandan dərhal sonra özü Elinanın anası Sevil Hüseynovanın telefonunu axtarıb tapıb, onunla əlaqə saxlayıb, onları vəkillə təmin etməyə hazır olduqlarını çatdırıb.

 
Ailə hələlik Vəkillər Kollegiyası rəhbərliyinin təklifinə konkret cavab verməyib. Sevil Hüseynova Bizimyol.info-ya açıqlamasında bildirib ki, bir müddət əvvəl vəkillə danışıb razılaşmışdılar. Həmin vəkil əvvəlcə onlara pulsuz hüquqi yardım göstərəcəyini desə də, sonradan pul istəyib: "Bizdən iki min pul istədi. Dedi ki, iki minə qədər xərc çıxacaq. Bizim də o qədər pulumuz yoxdur. Həm də bu iş prezidentin nəzarətindədir. Ona görə imtina elədim”.

S.Hüseynova bildirib ki, vəkil üçün maddi yardım məsələsi sosial şəbəkələrdə yayılandan sonra Təranə Əliyeva adlı vəkil gələrək, onlara təmənnasız hüquqi yardım göstərəcəyini deyib: "Hələ qəti qərar verməmişik, amma çox güman ki, vəkilimiz Təranə Əliyeva olacaq”.

E.Hacıyeva aprelin 6-da xəstəxanada dünyasını dəyişib. Onun ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hadisədən sonra 162 saylı məktəbin direktoru Sevinc Abbasova, direktor müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva və psixoloq Könül Ağayeva işdən çıxarılıb. Daha sonra Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Amma o, həbs olunmayıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...