Maqazİn

“Əlimi yox, ayağımı qana batırdım” - Pərvizdən Nadirlə bağlı sərt sözlər - Video

“Əlimi yox, ayağımı qana batırdım” - Pərvizdən Nadirlə bağlı sərt sözlər - Video

Meyxanaçı Pərviz Bülbülə və duet ortağı Türkan Vəlizadə "Ay Zaur” verilişinin qonağı olub. 

Sfera.az xəbər verir ki, efir zamanı ifaçılara Nadir Qafarzadənin onlarla bağlı səsləndirdiyi fikirlər göstərilib.

N.Qafarzadə "Pərviz məndən inciməsin, mən o janra qulaq asmıram. Orada musiqi yoxdur axı”- deyə fikir bildirib. 

P.Bülbülə efirdə "Nadir nə etsin? Mən vaxt tapıram ki, ona qulaq asım, o da mənə assın? Amma toylarda qarşılaşanda salamlaşırıq” desə də, kadrarxası sərt fikirlər səsləndirib:

"Möhürü gördün? Necə e sən məni bəyənmirsən? Məni yarım saatlıq toya çağırırlar, oxuyuram, çıxıram mikrofonu sənə verirəm gedirəm ki, mən getdim oxu 12-ə kimi. Eşidirsən məni, Zaur, mənə desələr ki, ölümünə 2 saat qalıb nə istəyirsən? Bilirsən nə istəyərəm? 2 saat canlı efir. Çünki indi danışsam, bu müğənnilər məni öldürərlər. Mən bu gecə ayağımı qana batırdım, əlimi yox a, ayağımı”.

Sizə həmin görüntüləri təqdim edirik: (yeni sabah)

 

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031