"Əlimdə tərbiyəsiz səs yazıları var" - Elşad keçmiş gəlinini polisə verir

 
Müğənni Rəvan Qarayevin eks-həyat yoldaşı Günayla qalmaqalı səngimək bilmir.

Bu dəfə işə sənətçinin müğənni atası Elşad Qarayev qarışıb. O, "Hər şey daxil" verilişinə açıqlamasında nəvəsinin mənəvi sarsıntı keçirməsi ilə bağlı polisə şikayət edən eks-gəlini Günayın ittihamlarına cavab verib:
 

"Rəvan onlara 1500-2000 manat pul xərcləyirdi. Bunun qarşısını aldım, ayda yalnız onlara aliment ödətdirirəm. Aliment 200 manat deyil, 300 manatdır, yalan deyir. Məndə onun ailəli olduğu məqamlardakl tərbiyəsiz səs yazıları var. Rəvan subay adamdır. Deyir ki, oğlum uşağı kiminsə yanına aparıb. Yalandır. Uşağın telefonu bağlıdır, mən bağlamışam, çünki oyun oynayırıq. Burada nə var ki? Nə deyirsə, yalandır. İndi mən özüm polisə şikayət edəcəm".

Qeyd edək ki, bu, Rəvanın ikinci evliliyi idi. Müğənni Günaydan 2017-ci ildə boşanıb. Onların bir övladı var.

Xatırladaq ki, Günay keçmiş əri haqda "Gündə restoranda 200 manat hesab ödəyirsən, qızına isə aylıq 200 manat göndərirsən. Bu pulla uşağı geyindirim, bağçasının pulunu ödəyim, ya yeməyini təmin edim? Efirdə qızımla hər gün danışıram, onu gəzdirirəm deməsi absurddur. Xalidəni telefonda bloka atıb, onunla danışmır, bir dəfə də olsun bağçasına gəlməyib. Hətta ad gününə də gəlmədi. Alimenti ödəməsi üçün dəfələrlə dəfə zəng vururam, xalası oğluna yığıram. Ondan sonra ödəyir. Hazırda qeyri-rəsmi yaşadığı bir insan var. Qızım onlara görə psixoloji problemlər yaşayır. Rəvan gəlir uşağı aparır. Xalidə orada qalanda iki gün ərzində həmin qız telefonu söndürür, ona zəng çatmır. Həmin qadın uşağı mənimlə danışmağa qoymur. Uşaq gəlir deyir ki, məni otaqdan qovdu və dedi ki, atanla otağıma girmə. Xalidə evdə ağlayır, əsir, beyni pozulub. Onlar haqda polis idarəsinə şikayət etmişəm. İzahatlarını alıblar. Uşağım travma alıb, onun qarşısında qeyri-etik hərəkətlər ediblər" sözlərini deyib.
 
///Axşam.az 

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...