\"Əlimdə elə dəlillər var ki, Anarı bir saata bitirərəm\" - Nağılbazın keçmiş arvadı nələr dedi nələr

\
 Tiflisə göndərmişdik ki, oradan Praqaya keçsin. Lakin pulları kefə-damağa xərcləyərək, bir əxlaqsız qadından siflis xəstəliyinə yoluxdu. Buna görə Tiflisdə karantin edilərək həmən Praqaya yollamışdılar". Bu sözləri tanınmış repçi Anar Nağılbazın keçmiş arvadı Anjelika Cəbiyeva musavat.com-a açıqlamasında bildirib.

A.Cəbiyeva bildirib ki, məhz onun xəstəliyi ilə əlaqədar repçidən boşanıb: "Ailə qurmamışdan əvvəl belə bir danışığımız olmuşdu ki, ölkədən getməyəcək. Lakin o, evdə nə var idisə, hətta mənim netbukuma qədər hər şeyi satıb, arxaya baxmadan getdi. Qeyd etdiyim kimi, Tiflisdə siflis xəstəliyinə yoluxduğu üçün ondan boşanmaq qərarına gəldim. Praqada olduğu zaman bu haqda ona bildirdim. Siz deyin, hansı qadın razı olardı ki, əri o cür xəstəliklə gəlib həm arvadına, həm də uşaqlarına yoluxdursun? Buna razı ola bilməzdim".

A.Cəbiyeva repçinin Praqaya mühacirət etmək üçün getdiyini deyib: "Bəli, o, ölkəni birdəfəlik tərk edib getmişdi. Lakin mənim boşanmaq istədiyimi bilincə geri döndü".
Repçinin keçmiş arvadı xəyanət və "müxtəlif ciplərdə gəzirdi" ittihamlarına da cavab verib: "Boşanmanı mən etmişəm, ərizəni mən yazmışam. Əgər kişi idisə, onda niyə boşanmanı o verməyib? Əgər onun dediyi kimi olsaydım, gündə bir cipdə gəzsəydim, indi iki uşaqla kirayələrdə sürünməzdim. Əksinə evim də, maşınım da olardı. Bu cür söhbətlər kişiyə yaraşan hərəkət deyil. Getsin bir qədər kişi olub, cəmiyyət içində danışmağı öyrənsin.Belə çıxır ki, mən evdə tapılmamışam. Onda bəs uşaqlarıma kim baxıb? Onun ata-anası? Onunla ailə qurduğumuz andan bu günə qədər həmişə mənim qardaş-bacım, ata-anam köməklik edib. Əvvəlcə mənə, sonra isə uşaqlara əyin-baş alıblar, dəstək olublar.

Anar Praqaya getdiyi gündən həmişə evdən pul istəyib. Başqaları xarici ölkələrdən evinə pul göndərəndə, biz ona pul göndərmişik. O isə həmişə yalnız kef edib. Doğrudur, məndən pul istəyəndə mən də atasından istəyirdim. Atası pul göndərirdi, amma mənə və uşaqlarıma dəstək olmurdu". A.Cəbiyeva ona atılan böhtan və iftiralara görə artıq məhkəməyə müraciət etdiyini deyib: "Anar dediklərinə görə artıq məhkəmə qarşısında cavab verəcək. Çünki onun dedikləri həm mənim, həm də uşaqlarım üçün çox ağır iftiralar, ləkə, zərbədir. Heç bir kişi öz arvadının, uşaqlarının anasının arxasınca o cür sözlər danışmaz. Anar öz etdiklərini təmizə çıxartmaq üçün mənə böhtanlar atır. Hansı xanım bütün bunları qəbul edər?"

Repçinin keçmiş arvadı məlum porno videodan da söz açıb: "O videonu mən yaymamışam və onu yayanları lənətləyirəm. Orada mən də təhqir olunmuşam, barəmdə danışılıb. Buna görə ağır stress yaşamışam. Heç zaman Anarı bitirmək fikrim olmayıb, çünki uşaqlarımın atasıdır. Amma istəsəydim edərdim, çünki əlimdə elə dəlillər var ki, Anarı bir saata bitirər. Amma həmişə uşaqlarımın xətrinə susmuşam…

OXŞAR XƏBƏRLƏR

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...