Əlilliyi olan şəxslər üçün yeni elektron sistem yaradılır

Əlilliyi olan şəxslər üçün yeni elektron sistem yaradılır

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Reabilitasiya” altsistemi yaradılır.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, altsistem nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert komissiyalarının (TSEK) əlaqəli fəaliyyətinin qurulması üçün onlar arasında e-formada məlumat mübadiləsinə şərait yaradacaq.

Əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu da TSEK-lər tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq. Bu da əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin də daha təkmil qurulmasına imkan verəcək. 

Bərpa müalicəsinə qəbul edilmiş şəxslərlə bağlı tətbiq edilən reabilitasiya tədbirləri, bu tədbirlərin nəticələri də "Reabilitasiya” altsisteminə daxil ediləcək. Həmin nəticələr onlayn rejimdə TSEK-lərə göndəriləcək və fərdi reabilitasiya proqramının icrası çərçivəsində TSEK-lərin həmin məlumatlar əsasında müvafiq qərar verməsi mümkün olacaq. 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...