\"Əli və Nino\" filminin premyerası olacaq

\

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində  "Əli və Nino” filminin Azərbaycanda premyerası olacaq.
Filmin təqdimat mərasimində ekran əsərinin yaradıcı heyəti də iştirak edəcək. 
Ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.
Qeyd edək ki, film Azərbaycanda oktyabrın 6-dan başlayaraq "CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir. 


OXŞAR XƏBƏRLƏR