Əli qana batan qadınlar - Şok statistika
Zaman-zaman mətbuatda cinayət törədən qadınların xəbərlərinə rast gəlinir. Son vaxtlar bu cür xəbərlər daha çox müşahibə olunur. Bu ilin Yanvarın 5-də 43 bıçaq zərbəsi ilə amansızcasına qətlə yetirilən məşhur qızıl alverçisi Məryəm Namədzadənin öz qızı Günel Hüseynova tərəfindən qətlə yetirilməsi ölkədə böyük əks-səda yaratdı. İstintaq araşdırması zamanı məlum oldu ki, qətl taman məqsədi ilə törədilib.
Bu cür qətllərin siyahısını uzatmaq da olar. Sfera.az 2015-ci ildə Azərbaycanda cinayət törətmiş qadınlar haqqında qısa araşdırma aparıb. Dövlət Statistika Komitəsindən sorğumuza verilən cavaba əsasən keçən il ərzində 1128 qadının adı cinayətdə hallanıb. Maraqlı olan hal ondan ibarətdir ki, cinayət törədənlərin 11 nəfəri 14-17 yaş arasında olanlardır. 2015 -ci ildə cinayət törədən qadınların 119 nəfəri 18-24 yaş qrupuna aiddir. 25-29 yaş qrupunda bu rəqəm 142 nəfər təşkil edir. Rəsmi rəqəmlərə əsasən 2015-ci il ərzində 30 yaşdan yuxarı 856 nəfər qadın cinayət törədib.
Bəs qadınları cinayətkar olmağa sövq edən amillərdən nədir? Mövzu ilə bağlı sualları "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova şərh edib.
"Bu yaxınlarda bir xanımla bağlı şikayət daxil olmuşdu və bu şikayətdə xanıma qarşı cinayətdə suçlama ər evindən oğuluq idi.
Məsləni araşdırdıqda bəlli oldu ki, problemin kökündə ciddi zorakılıq faktı dayanır.
Qadının törətdiyi cinaəyətin arxasında kişi zorakılığının bariz bir nümunəsi kimi digər bir qadın əhvalatı da var. Beləki, ər qumar oynayır və həyat yoldaşını borc almağa məcbur edir. Borcu ödəyə bilməyən qadına qarşı cinayət işi açılır. Ər etdiyi əməldə qadına dəstək olmaq əvəzinə ondan imtina edir.
Qadınların törətdiyi cinayətlərin araşdırılmasında onlara qarşı zorakılıq f aktına diqqət edilməsi günün tələbidir. Əsl cinayəti törədən və ya ona təsiredici amil olan şəxslər əksər vaxt cəzasız qala bilir. Səbəb cinayət işində onun adının olmaması və məhz cinayətlə bağlı araşdırmada zorakılıq faktorunun araşdırılmamasıdır.
Digər cinayətlər də var. Onlara təbii ki, bəraət qazandırmırıq. Bu, insan alveri və fahişəliyə cəlb etmədir. Lakin dərindən araşdırsaq bəzən məhz kişinin etdiyi zorakılıq və qadının bu və digər formda özünü təsdiq etmək arzusu bu cinayətlərin yaranmasına təsir edir. Əgər qadın baxımsız və nəzrətsiz qalırsa o halda cinayətkarlar onu öz sırasına cəlb etməyə hazır olur. Bu cür cinayətlərin baş verməməsi üçün qadınların sosial müdafiə sistemini gücləndirmək və onlara dəstək proqrmalarını artırmağa böyük ehtiyac var.(Femida.az)