Cəmİyyət

Əli Kərimlinin trollarının səs yazısı yayıldı: Bu tapşırıqları veriblər - AUDİO

Əli Kərimlinin trollarının səs yazısı yayıldı: Bu tapşırıqları veriblər - AUDİO
Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasını ifşa edən statusu və video müraciətindən sonra AXCP daxilində ixtilaf baş qaldırıb.

F.Qəhrəmanlı ilə bağlı baş verən olaylar AXCP sədri Əli Kərimlini hərəkətə gətirib və o, F.Qəhrəmanlının törətdiyi əməllərə haqq qazandırmaq üçün cəbhəçiləri səfərbərliyə səsləyib.
 
Hətta bu məqsədlə AXCP funksionerləri ilə qapalı görüş keçirərək, onlara müvafiq tapşırıqlar da verib. Partiya funksionerlərini nəzarətində saxladığı troll şəbəkəsi vasitəsilə mübarizəyə səsləyib.

AXCP sədrinin təlimatından sonra hərəkətə keçən funksionerlər ilk dəfə olaraq partiya trolları tərəfindən rədd cavabı alıblar. Onlardan bəziləri Fuad Qəhrəmanlının etdiyi əməllərin insanlığa sığmadığını, çox pis örnək olduğunu bəyan etsələr də, digərləri feminist olduqlarını əsas gətirərək, bu kampaniyada iştirak etməyəcəklərini bildiriblər.

Azvision.az xəbər verir ki, Musavat.com-a daxil olan ifşaedici səsyazısı partiyadaxili troll şəbəkələrindən birinə nəzarət edən AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun müraciəti ilə bağlıdır. Məlum olub ki, partiyadaxili troll şəbəkələri qapalı "WhatsApp” qrupları vasitəsilə idarə olunur. Bütün məxfi təlimatlar da məhz bu qapalı "WhatsApp” qrupları vasitəsilə trollara çatdırılır.

Səsyazısından da göründüyü kimi, R.Turabov konkret adlar çəkərək, cəbhəçiləri feminizmdə, AXCP-nin ənənələrinə qarşı çıxmaqda ittiham edir, onları konkret seçim qarşısında qoyur: "Ya bu partiyada qalın, ya da biz işimizi bilək”.

Daha sonra bir qədər də irəli gedərək, "Vaxtında həbsdə yatmısınız, nə oldu sizə birdən?” sualını verərək, onları şiddətə, qadın və uşaqların döyülməsinə haqq qazandırmağa səsləyir.

Ortaya haqlı suallar çıxır: ananı uşağın gözü qarşısında vəhşicəsinə döymək, barmaqlarını sındırmaq, öz qız övladının dizlərini qırmaq hansı mənəvi haqla müdafiə olunur və bu nə zamandan siyasi fəaliyyət sayılır? Sadizm - zorakılığa meyl etmə, alçaldılma və digər əzablardan həzz almaq və buna bəraət qazandırmaq nə zamandan vətənpərvərlik olub?! Və ya kim zəmanət verir ki, bu gün müxalifətdə olaraq buna şərait yaradan, bu məqsədlə geniş kampaniya aparan "liderlər” sabah iqtidara gəlsələr, özləri üçün "xüsusi hüquqlar” müəyyən etməyəcəklər. Yaxud kral I Edvarın dövründə İngiltərə müstəmləkəsinin sakinlərinə qarşı "uşaqlar, qadınlar da bizimdir, onları döyə də bilərik, söyə də” ənənəsini Azərbaycana gətirməyəcəklər?

Qeyd edək ki, uzun müddətdir mətbuatda və sosial şəbəkələrdə AXCP sədrinin troll şəbəkəsi saxladığı, həmin trolların vahid təlimatla hərəkət etdiyi, onun tapşırıqlarını icra etdiyi barədə informasiyalar yayılsa da, Əli Kərimli və tərəfdarları hər vəchlə bunu təkzib edirdilər.

AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trollara yönəlik qapalı "WhatsApp” müraciəti bir daha təsdiq edir ki, bu şəbəkə uzun illərdir fəaliyyət göstərir və o qədər sözəbaxan olublar ki, verilən tapşırıqlardan cəmi bir dəfə, özü də təbii olaraq şiddətə görə imtina etmələri "trolbaşı”nı təəccübləndirir və o "Əli Kərimlinin feysbuk statuslarına şərh yazın, paylaşın, çox zəifsiniz” deməyi də unutmur.

Nəzərə alanda ki, bu, təkcə bir troll dəstəsinin fəaliyyətidir, cəbhəçilərin hansı istismara məruz qaldığını, şirnikləndirici vədlər (gələcəkdə iqtidara gələcəkləri təqdirdə vəzifə və s.) qarşılığında hansı məhrumiyyətlərdən keçdiyini təsəvvür etmək çətin deyil.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031